Səfirliyə məxsus avtomobil yol hərəkət qaydalarını pozdu - FOTO

“Mən bu diplomatı dərhal ölkədən qovardım”.
Avtosfer.az xəbər verir ki, bunu Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev özünün Facebook səhifəsində yazıb.
O, dediklərini belə əsaslandırıb:
“Bazar günü səhər tezdən. Tamamilə boş yollar: Bülbül prospektində cəmi bir neçə avtomobil var. Ev sahibinə bu qədər hörmətsizlik etmək və onun velosiped yolu ilə açıq-aşkar maşın sürmək olarmı?”.
Xatırladaq ki, professorun paylaşdığı fotoda xarici diplomatın avtomobili velosiped yolu ilə hərəkət edir.
Qeyd edək ki, xarici ölkələrin Azərbaycanın müstəqilliyinin tanınması və ölkəmizdə səfirliyinin açılması sırasına uyğun olaraq İslandiya səfirliyi 42-cidir.
Həmin sıralanmaya uyğun olaraq İslandiya səfirliyinə məxsus avtomobillər 042 seriyası ilə qeydiyyatdan keçib.


Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












