Sükanı düz saxlaya bilməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Sürücülərin əksəriyyəti hələ də döngə olan yollarda düzgün hərəkət edə bilmirlər. Avtosfer.az xəbər verir ki, yolda sağa doğru döngə olanda sürücülər zolaqları kəsərək sağa hərəkət edirlər, sola doğru döngə olanda isə zolaqları sola kəsərək hərəkət edirlər. Belə sürücülərdən birinin hərəkətləri kameraya düşüb.
Qeyd edək ki, hadisə oktyabrın 25-də, paytaxtın Vaqif prospektində baş verib. Belə ki, 90-TU-601 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü zolaqla hərəkət edə bilməyərək bir neçə dəfə manevr qaydasını pozub. Yolun sağa döngə olan hissəsində sağ zolağa manevr edərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Sürücü səs siqnalından istifadə etsə də, o, heç bir reaksiya vermədən hərəkətinə davam edib.
Sözügedən videonu təqdim edirik:
Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












