Sürücü nişanın tələbini pozub "protiv" getdi: "Bilərəkdən edirəm" - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 21-də, paytaxtın Bayıl qəsəbəsi, Ziya Yusifzadə küçəsində baş verib. Qeydə alınmış videodan aydın şəkildə görünür ki, küçənin girişində birtərəfli hərəkəti bildirən 5.5 nişanı var. Qarşıda soldan birləşən kəsişmədə də yolun sola doğru birtərəfli olması ilə bağlı məlumatverici nişan quraşdırılıb. Lakin buna baxmayaraq 90-PX-291 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sağa dönərək əks istiqamətə hərəkət edib.
Görüntünü qeydə alan oxucu yolun birtərəfli olması ilə bağlı həmin sürücüyə xəbərdarlıq etsə də, o, bilə-bilə əks getdiyini bildirib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












