Sürücülərin DİQQƏTİNƏ! Sabahdan bu zolağa girənlər cərimələnəcək - FOTO

Artıq uzun müddətdir ki, paytaxtın küçə və prospektlərində COP29 tədbiri üçün nəzərdə tutulan zolaqlar ayrılmışdı.
Avtosfer.az xəbər verir ki, Bakının bir sıra küçələrində COP29 beynəlxalq konfransının iştirakçılarının ölkə yollarında rahat hərəkətini təmin etmək üçün ayrılan zolaqlara digər nəqliyyat vasitələrinin girməsinə icazə evrilmişdi.
Həmin icazənin müddəti bu gün bitir. Mövzu ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib ki, zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

“Bildiyiniz kimi, COP29 tədbiri ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində xüsusi zolaqlar təşkil edilib. Sabahdan etibarən həmin zolağa ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, zolağa daxil olan digər sürüclər barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə uyğun olaraq 2 cərimə balı və 100 manat məbləğində cərimə tərtib ediləcək”.
Bölmə rəisi sonda sürücülərə zolağa girməməyi tövsiyyə edib.
Səfər
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












