Təmirdən sonra yolları xətləmirlər - Sürücülər və piyadalar çaş-baş qalıb - VİDEO

Paytaxtın ən aktiv prospektlərindən birində xaos yaranıb.
Avtosfer.az xəbər verir ki, Bakının ən işlək ərazilərindən keçən Azadlıq prospektindəki vəziyyət sürücüləri çaş-baş salıb. Uzun müddətdir təmirə bağlanan prospektdə artıq təmir işləri yekunlaşıb və istifadəyə verilib. Lakin yoldakı təmir işlərindən sonra nişanlama işləri görülməyib. Sürücülər yolun hansı hissəsindən necə dönəcəklərini bilmir, piyadalar yolu necə gəldi keçir, hətta prospektin bəzi hissələrində işıqlandırma işləri də tam aparılmayıb.
Nəqliyyat eksperti Elməddin Muradlı yoldakı vəziyyəti həm də şərh edib. Vurğulayıb ki, yalnız prospektdən tez-tez istifadə edən sürücülər haradan dönməyə icazə olduğunu bilir, digər sürücülər isə qayda pozmalı olurlar.

“Bura tuneldən üzü şəhər istiqamətində uzanan yoldur. Neçə vaxtdır buradakı təmir, asfaltlama işləri bitib. Lakin xətləmə işləri görülməyib. Sürücülər də bilmir ki, kimin zolağı hardadır, kim haradan dönməlidir. Nə zolaq, nə qoşa-xətt var. Piyada xətləri hardadır, bilinmir. Kim haradan istədi yolu keçir. Önümüzdəki avtomobilin sürücüsü bu yolu tanıyır və bilir ki, bir az irəlidə qırıq-qırıq xətt var və oradan geriyə dönə bilər. Təxmini yerini bilir, “Allah ümidinə” dönəcək. Amma sürücüləri “Allah ümidinə” yola buraxmazlar. Yol qanunla, qayda ilə, nişanlama və cizgilərlə idarə olmalıdır ki, onların da heç biri yoxdur. Elə asfaltı döşəyib gediblər. Burda hansısa yol-nəqliyyat hadisəsi baş versə, gəl oğulsan, onu araşdır”.

Ekspert həmçinin vurğulayıb ki, belə vəziyyətdə sürücülərə yazılan cərimələr qanunsuzdur.
“Məsələn, qarşı yola çıxan sürücüyə bu yolda cərimə yazmaq olmaz. Çünki xətt yoxdur, nişan yoxdur. Sürücü istəsə əks istqamətə çıxıb hərəkət edə bilər. “Zebra”da piyadaya da yol verməyə bilər. Çünki yol nişanı da yoxdur, yerdə də nişanlama xətti yoxdur. Haradan istəsə, geriyə dönmə manevri də edə bilər. Kim nə deyəcək? Savadlı sürücü məhkəməyə verib xitam etdirəcək ki, yerdə xətt yoxdur, mən nə bilə bilərəm ki, orda necə, haradan dönmək lazımdır?!
Elməddin Muradlı şərhi zamanı AAYDA və AYNA-ya da belə yollarda prosedurların ardıcıl şəkildə aparılması üçün çağırış da edib. O qeyd edib ki, bu cür münasibət belə işlək prospektlərdə həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
Səfər Əlizadə
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO










