"Tiktok"a video çəkmək üçün nömrəni çıxardı, görün başına nələr gəldi - VİDEO - FOTO

Normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş avtomobili ön dövlət qeydiyyat nişanı çıxarılmış, habelə təhlükəsizlik kəmərini bağlamadan idarə edən və bu əməlləri sosial şəbəkədə təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb. Bunu Avtosfer.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev deyib. O, qeyd edib ki, Şamaxı rayon sakini Məmmədov Sərxan Vüqar oğlu 56-BF-644 dövlət qeydiyyat nişanlı “NAZ LİFAN” markalı avtomobillə törətdiyi inzibati hüquqpozmalara görə Müşfiq qəsəbəsində yerləşən stasionar postda saxlanılıb. Araşdırma zamanı sözügedən avtomobili etibarnaməsiz idarə etdiyi üzə çıxan Sərxan Məmmədov bu əməlləri məhz sosial şəbəkədə yaymaq üçün törətdiyini etiraf edib və hazırda peşman olduğunu bildirib. Şəxs barədə qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
M.Ağayev bir daha sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına sözsüz əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə, böyüyən gənc nəsilə faydalı nümunə olmağa çağırıb.

***
Avtomobilə müəyyən dəyişikliklər edən, eyni zamanda ön qeydiyyat nişanını çıxararaq qaydaları pozan sürücünün videosunu Avtosfer.az saytında dərc etdikdən sonra yol polisi hərəkətə keçib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, 56-BF-644 qeydiyyat nişanlı "NazLifan" markalı avtomobilin sürücüsü saxlanılaraq dindirilib.
O, bu hərəkəti yalnız video çəkmək üçün etdiyini bildirib və nəticəsinin belə olacağını bilməyib. Eyni zamanda əməlindən peşman olduğunu bildirib.
Törətdiyi qayda pozuntularına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Könül Rauf
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB















