Tıxacda qalmaq istəməyən sürücü digər insanlara sıxlıq yaradır - VİDEO

Bakıda sıxlıq zamanı hərəkəti bir az da gərginləşdirən sürücünün videosu kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 2-də, paytaxtın dairəvi yolunda (Biləcəri enişində) baş verib. Belə ki, 77-BZ-714 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü Biləcəri istiqamətinə getməli olduğu halda zolaqlar üzrə düzgün yerləşməyib. O, sıxlıqda qalmamaq üçün sol zolaqla hərəkət edərək son anda sağa manevr edib. Bu zaman arxadan gələn sürücülərə maneə yaradıb.
Qeyd edək ki, sıxlıq zamanı əksər sürücülər bu cür etməklə qabağa düşmək istəyirlər. Lakin videogörüntüdən aydın şəkildə görünür ki, yoldakı tıxacın səbəbi məhz bu cür qabağa düşmək istəyən sürücülərin qaydaları pozmasıdır. Onlar öncədən sağ zolaqda yerləşsələr digər istiqamətə gedən sürücülərin yolunu kəsməzlər.
Könül
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












