“Vasmoy”dakı bu avtoyuma məntəqəsi səkini şəxsi mülkiyyətinə çevirib - FOTO

Bakıda “moyka”nın özbaşınalığı, müştərilər və ərazidən istifadə edən vətəndaşlarla söz dalaşına çıxması sakinləri bezdirib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda fəaliyyət göstərən avtoyuma məntəqəsi səkini zəbt edib və piyadaların hərəkətinə çətinlik yaradır.

Belə ki, rayonun Elşən Süleymanov küçəsində yerləşən avtoyuma məntəqəsi sakinlərin narazlığına səbəb olub. Avtoyuma məntəqəsi səkinin zəbt etdiyi üçün müştərilər avtomobillərini məhz piyadaların hərəkət etdiyi hissədə saxlayır. Məntəqənin yaxınlığında məktəb və uşaq bağçası, avtobus dayanacağı olduğu üçün piyadaların daimi axını müşahidə olunur. Yaranan vəziyyətə görə sakinlər avtomobil yoluna düşüb hərəkət etməli olurlar. Bir çox hallarda avtomobillərini bütövlükdə səkini özəlləşdirəcək şəkildə parklayan sürücülər bəzən “moyka” əməkdaşları ilə dava-dalaş salırlar. Pul üstündə bir-birlərinə söyüş söyən şəxslər ətrafdan keçən, məntəqənin arxasında yaşayan vətəndaşları narahat etdiklərini qətiyyən düşünmürlər.

Avtoyuma məntəqəsənin yaratdığı vəziyyətin fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar aidiyyəti qurumların bu cür iaşə obyektlərinin əhaliyə yaratdığı çətinliklərin, küçə zəbtinin qarşsını almalarının vacuibliyini bildiriblər.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












