Xırdalanda "kamikadze sürücü": İşıqları söndürüb sürdü - VİDEO

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, günün qaranlıq saatlarında, yağışlı hava şəraitində hərəkət edən 99-RZ-715 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü işıq cihazlarını söndürərək hərəkət edib.
Qeyd edək ki, günün qaranlıq saatlarında yağışlı hava şəraitində xarici işıq cihazları qoşulu olduğu halda görünmədə məhdudiyyət yaranır. İşıq cihazları sönülü olan halda isə nə sürücünün özü görür, nə də ki, digər hərəkət iştirakçıları. Belə olan zaman ikiqat təhlükə yaranır. Bu səbəbdən sürücülərə tövsiyə edirik ki, işıq cihazlarından istifadə qaydalarına ciddi şəkildə əməl etsinlər.
Xatırladaq ki, xarici işıq cihazlarından istifadə qaydalarını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












