Yasamalda dəfələrlə qayda pozan “AA” seriyalı maşının sürücüsü cərimələndi - VİDEO

Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü avtomobillərə təhlükə yaradıb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz mənzərə bir müddət əvvəl Zərgərpalan küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi, 90-AA-385 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını yolayrıcında park edib. Nəticədə o, yolayrıcına daxil olan sürücülərin soldan gələn nəqliyyat vasitələrini görməsinə əngəl törədib. Belə ki, yolu görə bilməyən sürücülər ehtiyatla irəliləyərək hərəkətlərinə davam ediblər.
Digər kadrda isə sözügedən sürücü düzgün ara məsafəsi təyin etmədiyi üçün qəfil tormoz verərək qəzadan son anda xilas olub.
Qeyd edək ki, sözügedən sürücü Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnib.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












