Yolunu qısaldan sürücü eyni anda iki kobud qayda pozdu - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 18-də, paytaxtın Abdulla Şaiq küçəsində baş verib.
Belə ki, 99-TH-212 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü Fuad İbrahimbəyov küçəsindən Abdulla Şaiq küçəsinə doğru getmək üçün geriyə hərəkət edib. Sonra isə pandusdan səkiyə çıxaraq qaydaları kobud şəkildə pozub.
Qeyd edək ki, Fuad İbrahimbəyov küçəsindən Abdulla Şaiq küçəsinə çıxış üçün 300 metr qarşıda geriyə dönmə yeri var. Sürücü yolunu qısaltmaq üçün eyni anda iki kobud hərəkətə yol verib. Yəni, həm geriyə hərəkət manevri qaydasını pozub, həm də səkidə hərəkət edib.
Qeyd edək ki, bu qayda pozuntularına görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












