Azərbaycanda bəzi torpaqların satışı qadağan olunub?

Azərbaycanın müxtəlif bölgələrində kənd təsərrüfatı təyinatlı torpaqların satışına qadağa qoyulduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, hazırda alqı-satqı etmək mümkün deyil.
Vətəndaşlar deyirlər ki, dəfələrlə "Asan xidmət" mərkəzlərinə getsələr də, torpaqlarını sata bilməyiblər.
Onlar məsələnin hansı səbəbdən qaynaqlandığı barədə məlumatlarının olmadığını qeyd edirlər.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, Azərbaycan Respublikasının 14 iyul 2026-cı il tarixli 460-VIIQD nömrəli Qanunu ilə Mülki Məcəlləyə dəyişiklik edilərək yeni məzmunlu 648-1 və 648-2-ci maddələr əlavə edilib.
Məcəlləyə əlavə edilmiş 648-1-ci maddəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı zamanı həmin torpaq sahəsi ilə bilavasitə ümumi sərhədə malik olan torpaq sahələrinin mülkiyyətçiləri həmin torpaq sahəsini eyni şərtlərlə satın almaqda bu Məcəllənin 218-ci maddəsinin tələbləri nəzərə alınmaqla üstünlük hüququna malikdirlər.
Belə ki, notarius kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üçüncü şəxsə satılması barədə müqavilələri təsdiq edərkən satıcının qonşu mülkiyyətçilərə müvafiq bildirişlər göndərib-göndərmədiyini yoxlamalıdır. Yaxud torpaq mülkiyyətçisinin xahişi ilə notarius satılan sahənin qiymətini və digər şərtlərini göstərməklə həmin bildirişi bitişik torpaq sahələrinin mülkiyyətçilərinə özü göndərməlidir.
Məcəllənin 648-2-ci maddəsinə görə dövlətin ehtiyacları üçün özgəninkiləşdirilmə halları istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı və digər özgəninkiləşdirilməsi halları nəticəsində bölünməsinə yalnız bölünmə nəticəsində yaranan hər bir torpaq sahəsinin ölçüsü 5 hektardan az olmadıqda yol verilir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












