Bunu edənlər 700 manat CƏRİMƏ OLUNACAQLAR

Bir müddət əvvəl ictimai yerlərdə siqaret çəkmək qanunla qadağan olunsa da, bəzi vətəndaşlar hələ də bu qaydaların hansı məkanlara şamil edildiyini tam şəkildə bilmirlər. Avtosfer.az "Sfera.az"a istinadən xəbər verir ki, paytaxt ərazisində aparılan sorğular göstərib ki, siqaret qadağası barədə məlumatı olanlar da var, bundan xəbərsiz qalanlar da. Şəhərin müxtəlif yerlərində siqaret kötüklərinin atılması üçün xüsusi tullantı qabları yerləşdirilib. Lakin bəzi şəxslər siqareti tam söndürmədən həmin qablara atır, bu isə yanğın təhlükəsi yaradan hallardan biridir.
Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova bildirib ki, qanunvericiliyə əsasən, siqaret çəkmək təhsil və tərbiyə müəssisələrində, tibb ocaqlarında və onların ətrafında, idman arenalarında, eləcə də ictimai iaşə obyektlərində kafe, restoran və ticarət mərkəzlərində qəti qadağandır. Bu qaydanı pozan şəxslər 30 manat məbləğində cərimə olunur.
"İnzibati Xətalar Məcəlləsinə əsasən, siqaret kötüyünü küçəyə və ya yerə atmaq 300 manat cərimə ilə nəticələnir. Kötüyü yerə təkrar atmaq isə 700 manat cərimə nəzərdə tutulub".
Mütəxəssislər hesab edirlər ki, ictimai yerlərdə siqaret çəkməyə nəzarətin gücləndirilməsi, eləcə də maarifləndirmə tədbirlərinin artırılması bu kimi halların qarşısını almaqda mühüm rol oynayacaq. Onların sözlərinə görə, təkcə cərimə ilə deyil, həm də vətəndaş məsuliyyəti və mədəni davranış vərdişlərinin formalaşdırılması ilə ictimai yerlərdə siqaret çəkməyin qarşısını almaq mümkündür. Həmçinin vətəndaşlardan xahiş olunur ki, siqaret kötüklərini ətrafa atmaqla ətraf mühitə və digər insanların sağlamlığına zərər verməsinlər.
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş










