Fərdi yaşayış evlərinin tikintisində yol verilən səhvlər nələrdir? – Ekspert AÇIQLADI

Fərdi yaşayış evlərinin tikintisi həm rahat, həm də təhlükəsiz həyat üçün əsas şərtlərdən biridir. Lakin praktikada çox vaxt evlərin inşasında texniki tələblərə əməl olunmur. Tikinti prosesində bünövrə, torpaq analizi, layihə sənədləri və materialların keyfiyyəti kimi mühüm məsələlər nəzərə alınmadan iş görülür və nəticədə “yola verərək” işin sürətləndirilməsi və ya ucuzlaşdırılması kimi hallara rast gəlinir. Bu isə evin möhkəmliyinə və yaşayış şəraitinə mənfi təsir göstərə bilər.
Mövzu ilə əlaqədar memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, fərdi yaşayış evlərini tikən şəxslər əvvəlcə torpağı alır, bir eskiz layihəsi ilə, hansı ki, kvadrat-metri 2-3 manata təklif olunur, onların ətrafında işlər görülür:

“Bir usta gətirib tikməyə başlayırlar. Tikinti başlamazdan onun mühəndis hesabatına əməl edilməlidir. Məsələn, kommunikasiya xətlərinin layihələndirilməsinə heç müraciət etmirlər. Hansı ki, kommunikasiya xəttinin ana su ötürücü xətlə qoşulması mütləqdir. Kommunikasiya xətlərini 20–30 santimetr torpağın dərinliyinə basıdırıb tələblərə uyğun olduğunu hesab edirlər. Yəni, bunun ötürücülük gücünün çatıb-çatmaması hesabatı ayrıca bir işdir. Bunların olmaması hər hansı bir hava şəraitində fəsadlar yarada bilir. İlk növbədə torpağın analizi çıxarılmalıdır. Ev tikilərkən onun konstruksiyasının möhkəmliyi, tikinti materiallarının keyfiyyəti, aralarındakı məsafə və onların orijinallığı, betonun markası əvvəlcədən müəyyənləşdirilməlidir. Burada iki ən əsas məsələ var. İndiki halda üzləşdiyimiz budur ki, konstruksiyası möhkəm olan fərdi yaşayış evlərinin belə kanalizasiya və su sistemi öz həllini tapmayıb. Mütəxəssis firmalar tərəfindən layihələndirilmir, gücü, aşağı-yuxarı səviyyəsi hesablana bilmir ki, onun əsasında çağırılmış usta bu boruları bir-birinə qatıb işi hazırlasın. Yəni, bunlar da usta səviyyəsindədir. Evin altından keçən su və kanalizasiya boruları ilə bağlı çox vaxt düşüncə fərqli olur. Peşəkar ustaların gördüyü iş zamanı irəli sürdüyü məqamlar isə bunlardır: Su və kanalizasiya borularının hamısının yükü var, gücü olmalıdır. Eniş-yoxuş hesabatı hazırlanmalıdır. Çəkilən borunun ölçülərinə də diqqət etmək lazımdır, çünki təzyiqli su olan ərazilərə daha kiçik diametrli borular döşənməsi problemlərə səbəb olur. Az pul xərcləmək üçün kiçik diametrli borulara üstünlük verilir. Belə məqamda gərəkli ölçülərdə olmayan borulardan istifadə yalnız tullantı sularının axıdılmasına yaraya bilər, daha böyük həcmdə suyun axıdılmasına bu boruların gücü çatmayacaq. İqlim şəraiti də nəzərə alınmalıdır. Belə hallarda artıq o borular ötürücü rolunu oynaya bilmir. Burada borunun materialı, diametri, uklon, eniş-yuxuşa görə ötürücülük qabiliyyəti hesablanmalıdır ki, bunların heç biri edilmir. Yəni, ustaya edilən ödəniş məbləğinin aşağı olması bütün bu proseslərin gözdən qaçmasına və son nəticədə ciddi fəsadlara səbəb olur”.
Nurcan Babək
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










