Paytaxtda bu binaların təmirinə başlanır – Ayrılan vəsait...

Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı genişmiqyaslı layihəyə start verilir. Paytaxtın bir neçə rayonunu əhatə edən bu layihə çərçivəsində yaşayış binalarının əsaslı təmiri üçün milyonlarla manat vəsait ayrılıb.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, təmir işləri Nəsimi rayonu, Yasamal rayonu, Xətai rayonu, Suraxanı rayonu və Sabunçu rayonu ərazilərində yerləşən binaları əhatə edəcək. Bu addım paytaxtın yaşayış infrastrukturunun yenilənməsi və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm tədbirlərdən biri kimi qiymətləndirilir.
Layihə ilə bağlı hazırlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC tərəfindən yekunlaşdırılıb. Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, təmir işlərinin icrası Gəncə Körpü Tikinti-2 şirkətinə həvalə olunub.
Layihənin ümumi dəyəri 24 milyon 985 min 363 manat təşkil edir. Bu vəsait yaşayış binalarının fasadlarının yenilənməsi, mühəndis-kommunikasiya xətlərinin bərpası, dam örtüklərinin təmiri və digər zəruri işlərin görülməsinə sərf ediləcək.
Mütəxəssislər hesab edir ki, bu cür layihələr həm şəhərin memarlıq görünüşünün yaxşılaşdırılmasına, həm də binaların istismar müddətinin uzadılmasına müsbət təsir göstərir. Eyni zamanda sakinlərin təhlükəsizliyinin təmin olunması və yaşayış şəraitinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında bildirib ki, adətən qeyd edilən məsələlər tender və satınalmalar yolu ilə həll olunur:
"Ola bilər ki, keçirilən satınalmada hər hansı bir şirkət qalib gəlib və ayrılan məbləğ həmin şirkətin təqdim etdiyi xərclərə uyğun müəyyən edilib. Ümumiyyətlə, dövlət layihələri iki üsulla həyata keçirilir: biri tender (satınalma) yolu ilə, digəri isə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bir mənbədən birbaşa ödəniş etməklə. Çox güman ki, müəyyən kriteriyalar olub və həmin kriteriyalara cavab verən şirkət tenderdə qalib gəlib. Nəticədə tikinti və təmir işləri də ona həvalə edilib. Amma mən bu məsələyə bir qədər fərqli yanaşıram. Bu cür böyük işlərin yalnız bir şirkətə həvalə olunması o qədər də məqsədəuyğun deyil. Həm prosesin daha sürətli getməsi, həm keyfiyyətin təmin olunması, həm də əlavə sualların yaranmaması üçün bu məsələlərə daha diqqətlə yanaşılmalıdır. Mən hesab edirəm ki, əgər bu işlər bir neçə şirkət arasında bölüşdürülərək həyata keçirilsəydi, proses daha səmərəli və məqsədəuyğun olardı".
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










