Qlobal trendlər milli informasiya mühitinə necə təsir göstərir? – Qulu Məhərrəmli AÇIQLADI

Qlobal trendlər sürətlə yayılır və insanların diqqəti tez-tez dünya hadisələrinə yönələ bilir. Bu, milli informasiyanın zamanla kölgədə qalmasına da səbəb ola bilər. Xarici xəbərlər, sosial media trendləri və beynəlxalq axınlar yerli xəbərlərin səsini zəiflədə və ictimai diqqəti qlobal ritmə uyğun formalaşdırma ehtimalı müzakirə məsələsinə çevrilib.
Bununla bağlı media eksperti Qulu Məhərrəmli Avtosfer.az-a açıqlamasında bildirib ki, indiki şəraitdə heç vaxt demək olmaz ki, qlobal trendlər yerli informasiya mühitini sıxışdırır və ya gündəmi dəyişə bilir:

“Qlobal trendlərlə yerli informasiya mühiti arasında həmişə bəlli bir əlaqə var. Qlobal trendlər bütün hallarda keçicidir və informasiya bazarında daimi deyil. Yəni, bu və ya başqa formada qlobal trendlərin qığılcımları yerli informasiya mühitinə düşür amma bütün hallarda onu dəyişə bilmir. O baxımdan hesab edirəm ki, bizim yerli informasiya mühiti gündəmi müəyyənləşdirmək üçün daha çox yerli həyata dair, mövcud məkanda olan problemlərə diqqət yetirsə, qlobal trendlər heç bir halda onu dəyişdirə bilməz”.
Nurcan Babək
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












