Aeroport yolunda elektron tərəzi məntəqələri quraşdırılır?

Bakıda aeroport yolunda çəkiyə nəzarət məqsədilə gələcəkdə elektron tərəzilərin quraşdırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Avtosfer.az istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük daşımaları departamentinin direktoru Sübhan Əbilov Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən elektron tərəzilərin monitorinq mərkəzinə təşkil olunan mediatur zamanı məlumat verib.
Onun sözlərinə görə hazırda bu istiqamətdə elektron tərəzi məntəqələrinin quraşdırılması nəzərdə tutulmayıb:
"Lakin bir məqamı xüsusi qeyd edim ki, gələcəkdə şəhər içlərində də elektron tərəzi məntəqələrinin quraşdırılması planlaşdırılır. Ümumilikdə, 9 yer üzrə 13 tərəzi məntəqəsinin quraşdırılması nəzərdə tutulur".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












