Banner

"Ağaclar nəqliyyat üçün problem yaradırsa, müəyyən addımlar atılmalıdır" - EKSPERT

Yazarlar 7 Oktyabr 2024 16:55 Oxunub 4118
"Ağaclar nəqliyyat üçün problem yaradırsa, müəyyən addımlar atılmalıdır" - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son zamanlar avtobus zolağı ilə bağlı avtobus və taksi sürücülərinin şikayəti artıb.Avtobuslar avtobus zolağında ağaclar mane olduğu üçün digər yoldan istifadə edirlər. Həmçinin taksi sürücüləri zolaqda saxlaya bilmədiyi üçün müştərini yolun ortasında saxlayır. Bu da taksi və müştəri üçün təhlükəlidir.

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, ağaclar nəqliyyat üçün problem yaradırsa, müəyyən addımlar atılmalıdır. Bu, təkcə taksi sürücülərinin mövqeyi deyil, ümumi təhlükəsizlik məsələsidir:

"Yaşıllıqların budanması ilə bağlı Yerüstü Nəqliyyat Agentliyi və Yol Polisi İdarəsi tərəfindən Ekologiya nazirliyi, Bakı Abadlıq Xidmətinin Yaşıllaşdırma departamentinə müraciət olunub. Təəssüf ki, orada oturan məsuliyyətsiz yoldaşlar var. Onlar işlərini layiqincə görmək istəmirlər və görə bilmirlər. Onların yarıtmaz siyasəti nəticəsində ciddi problemlərlə üzləşirik. Mən ağacların, yaşıllıqların tərəfdarıyam, amma nəqliyyat üçün problem yaradırsa, müəyyən addımlar atılmalıdır. Bu qurumlar hərəkətə keçmirlər. Nəticədə yüz minlərlə dəyəri olan avtobuslar ciddi ziyan çəkirlər. Özləri ağacı doğraya bilmirlər, çünki Yaşıllaşdırma İdarəsi ağac budayanları cərimələyir. Özləri iş görmür, görəni isə cərimələyirlər. Ona görə belə vəziyyət yaranır. Avtobus sürücüləri də deyir ki, 100minlərlə dəyəri olan avtobusu necə təhlükəyə atım? Ona görə məcburam ki. xətdən kənara çıxım. Amma bu da düzgün deyil. İstiqamət hara verilibsə, oradan getmək lazımdır.

Taksi sürücüləri zolaqdan qorxurlar. Avtobus sürücüləri də zolaqdan çıxanda onlara hər hansı cəza verilmir. Taksi sürücüləri zolaqdan müştəri üçün istifadə edəndə ona ağır cəzalar verilir. Buna görə də zolağa girə bilmirlər. Bu, çox riskli hərəkətdir. Yəqin ki, gözləyirlər hər hansı müştərini maşın vursun, ondan sonra sosial problem kimi qalxsın və qabaqlayıcı addım atsınlar. Bu, belə olmalı deyil. Hamımız başa düşürük ki, 2-ci cərgədə dayanmaq, müştərini mindirib-düşürmək nə qədər risklidir. Bu məsələyə təkcə taksi sürücülərinin mövqeyi kimi yanaşmamalıyıq. Bu, ümumi təhlükəsizlik məsələsidir və vaxtında reaksiya verilməli, qabaqlayıcı tədbirlər görülməlidir ki, taksi sürücülərinə müştəriləri mindirib-düşürmək üçün şərait yaradılsın".

(big.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh