Aktyor: «Qanuna görə kəmər taxıram»

Aktyor Anar Heybətov yol-hərəkət qaydalarından danışıb. Aktyor Avtosfer.az-a uşaqlıq illərindən maşın sürməyə başladığını bildirdi: «Uşaqlıq illərindən maşın sürməyə həvəsim vardı. İndiyədək yadımdadır ki, 12 yaşım olan vaxt, atamın «08» markalı maşını vardı, o maşında sürməyi öyrəndim. İndiki maşınları sürmək çox asandır. O zamanın maşınları mexanika idi və idarə etmək çətin idi. Artıq 18 yaşımda maşın sürməyi öyrəndim».
Aktyor onu da bildirdi ki, yol-hərəkət qaydalarını bilərəkdən pozmayıb: «Bilməyərəkdən baş verib. Əvvəllər kəmərlə maşın sürməmişəm. Son illərdə qanuna görə kəmər taxıram. Kəmər taxanda ürəyim darıxırdı. Yavaş-yavaş öyrəndim. Hazırda çox səbrli maşın sürürəm. Hansı sürətlə lazımdırsa elə idarə edirəm, haradansa dönmək olmazsa, dönmürəm, saxlamaq olmazsa, saxlamıram. Düşünürəm ki, biz insanlara nümunəyik».
Qəzaların baş verməsindən narahat olan aktyor bildirdi ki, sürücüdə birinci növbədə səbr olmalıdır: “Maşını səbrlə idarə etmək qəzaların qarşısını almaqda kömək edir. Eləcə də yol-hərəkəti qaydalarına düzgün riayət etməliyik. Tıxaca düşdükdə də səbrli hərəkət etmək lazımdı».
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












