Avtobus zolaqlarına taksi və digər nəqliyyat vasitələrini də buraxmaq olar - NECƏ? - FOTOLAR

Yazarlar 26 Noyabr 2024 19:57 Oxunub 168
Avtobus zolaqlarına taksi və digər nəqliyyat vasitələrini də buraxmaq olar - NECƏ? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünyanın bir çox ölkələrində avtobus zolaqlarında təkcə avtobuslar hərəkət etmir. Məsələn, Londonda lisenziyalı taksilər, yan qoşqusu olmayan motosikletlər, mopedlər, skuterlər, motorsuz üç təkərlər, 450cc-dən aşağı motorlu üç təkərlər və velosipedlər avtobus zolaqlarından istifadə edə bilər. Bu, proses şəhərdən-şəhərə dəyişir. Məsələn, bəzi şəhərlərdə motoların zolağa girməsinə icazə verilmir. Amma ümumən bir çoxunda icazə var. İstənilən halda taksilərin avtobus zolağına girməsinə icazə vermək vacibdir. Amma hansı taksilərin?

Yalnız rəsmi qeydiyyatdan keçmiş, təlimdən sonra Dövlət İmtahan Mərkəzində və ya daha öncə AYNA-da imtahandan keçmiş, sağlamlıq arayışı, taksi buraxılış kartı və buraxılış vərəqi almış taksi sürücülərinin bu zolaqlardan keçməsinə imkan verilməlidir. Onların maşınları sistemdə taksi kimi qeydiyyata alınsa daha rahat olacaq. Belə olanda qanunsuz işləyən digər taksilər zolağa girdikdə cərimələnəcək və sonda onlar da rahat hərəkət üçün qanunun tələblərini icra etməyə başlayacaqlar.

Avtobus zolaqlarına yanaşma dünyanın bir çox ölkələrində fərqlidir. Yol infrastukturu zəif olan bəzi ölkələrdə avtobus zolaqları bütov xətlə yox, qırıq-qırıq xətlə ayrılır. Bu o deməkdir ki, istənilən halda digər nəqliyyat vasitələri avtobus zolağına daxil olaraq sərnişin və ya yüklərin mindirib-düşülməsini həyata keçirə bilər. Eyni zamanda, məcburi dayanma zamanı da sürücü maşını yolun əsas hissəsindən kənarlaşdıra bilir.

Bəzi ölkələrdə isə avtobus zolağı sol zolaqda çəkilir və ya orta zolaqda xüsusi mühafizə olunan formada qurulur ki, burada artıq digər nəqliyyat vasitələrinin girşi faktiki olaraq mümkün olmur. Bu qaydalar o ölkələrdə edilir ki, onların yol infrastrukturu inkişaf edib, zəbt edilməyib, yolu kəsib bina tikməyiblər.

Digər nəqliyyat vasitələrinin avtobus zolaqlarından yalnız zərurət yarandıqda istifadə etməsi isə sürücü mədəniyyəti inkişaf etmiş ölkələrdə daha geniş yayılıb. Orada insanlar başa düşür ki, zərurət olmasa zolağa daxil olmaq olmaz. Bizdə isə icazə verildiyi təqdirdə avtobus zolaqlarında hoqqabazlıq edənlərin sayının artacağına hər kəs əmindir. Bunun qarşısını da almaq mümkündür. Yollardakı və avtobusların ön və arxa hissəsində quraşdırılan kameralar belə sürücüləri aşkar edə biləcək. Kiçik araşdırma zamanı müəyyən etmək olar ki, adam zolağa kefindən girib yoxsa, zərurət yaranıb.

Son nəticədə avtobus zolaqlarını daha səmərəli etməklə taksilər, velosipedlər, skuter və digər nəqliyyat vasitələri üçün əlçatan etmək faydalı olar. Məsələn, avtobus zolağı olan küçələrdə əlavə velozolaq yaratmağa lüzum yoxdur. Bir nişan quraşdırıb bu tip nəqliyyat vasitələrini bir zolağa yönləndirmək mümkündür.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh