Avtombillərin 30%-i texniki baxışdan keçirilmir - SƏBƏBİ AÇIQLANDI - VİDEO

Azərbaycanda olan avtmobillərin 30%-i texniki baxışdan keçirilmir.
Statistikaya görə, Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 864 minə çatır.
Avtosfer.az-ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsinin bir neçə səbəbi var.

Faktiki olaraq istismara yararlı olan, ancaq qarajlarda, həyətlərdə saxlanılan və istifadə edilməyən avtomobillər də var. Bundan başqa, avtomobili real olaraq istifadə etdiyi halda, texniki baxışdan keçməyənlər də az deyil. Belə nəqliyyat vasitələri polis və xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələnirlər. Hər il 10 minlərlə avtomobilə texniki baxışdan keçmədiyinə görə cərimə yazılır. Həmçinin istismar müddəti 4 ilə qədər olan nəqliyyat vasitələri də texniki baxışa cəlb edilmir.
Ekspert Ərşad Hüseynov deyir ki, istismara yararsız avtomobillərin qeydiyyatda qalması lazımsızdır. Bu məsələdə aidiyəti qurumlar tərəfindən marifləndirmə tədbirləri gücləndirilməli, istismar edilməyən, köhnə nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması təşviq edilməlidir.
Qeyd edək ki, indiyə qədər cəmi 1600 nəqliyyat vasitəsi istismardan çıxarılıb.
Xatırladaq ki, hazırda ölkədə nəqliyyat parkının yenilənməsi, yararsız avtomobillərin dövriyədən çıxarılması üçün utilzasiya prosesi aparılır.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










