«Avtoş»luq edən polisə cəza və cərimə kəsildi

Azərbaycanda avtoxuliqanlıq etdiyinə görə işdən qovulan polis əməkdaşı barəsində məhkəmə qərarı açıqlanıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə Daxili İşlər Nazirliyi (DİN) Çevik Polis Alayının keşmiş əməkdaşı, polis çavuşu Fərhadov Peyman Fərhad oğlu 1 il müddətinə sürücülük hüququndan məhrum edilib və o, 500 manat miqdarında cərimə olunub.
Xatırladaq ki, P.Fərhadov metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “VAZ-2107” markalı, dövlət nömrə nişanı olmayan avtomobili ilə yolun əks istiqamətinə çıxmaqla sürüb. O, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb. P.Fərhadovu idarə etdiyi avtomobilin təkəri çıxdıqdan sonra saxlamaq mümkün olub.
Araşdırma zamanı onun polis əməkdaşı olduğu üzə çıxıb. P.Fərhadov vəzifəsindən kənarlaşdırılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-1.1-ci (Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə iş qaldırılıb (report.az).
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












