AYNA şüşəsi “skotç”lanmış avtobusun marşrutunu müsabiqəyə çıxarır - VİDEO - YENİLƏNİB

Sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Qeyd edilib ki, daşıyıcının məlumatına görə, avtobusun arxa şüşəsi qəza nəticəsində zədələnib və görüntülər nəqliyyat vasitəsi qaraja yollanarkən qeydə alınıb.
“91 nömrəli avtobusun daşıyıcısına xəttin nizamlı fəaliyyəti və sərnişindaşıma qaydalarına riayət edilməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, lazımi tədbirlər görülməyib. Belə olan halda 91 nömrəli müntəzəm avtobus marşrutunun yaxın zamanda müsabiqəyə təqdim edilməsi planlaşdırılır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, sosial şəbəkədə 91 nömrəli avtobusun arxa şüşəsinin "skotç"lu olması ilə bağlı görüntülər yayılıb.
***
Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, “skoçlanmış” halda idarə olunduğunu görünür.
Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.
Məsələ ilə bağlı AYNA-dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












