Azərbaycanda bahalı maşın nömrələrini bu şəxslər alır – ŞOK QİYMƏTLƏR

Satışda olan avtomobil nömrələri qiymətləri sözün əsl mənasında dodaq uçuqladır. Bəzi satış saytlarında 100 min manat dəyərində olan nömrələrə rast gəlmək mümkündür. İctimaiyyətdə bu kimi hallar birmənalı qarşılanmır.
Sual olunur ki, ev qiymətinə maşın nömrəsi almaq olar? Ümumiyyətlə, dünya praktikasında vəziyyət necədir? Yaxın-uzaq ölkələrdə avtomobil nömrələrinin qiyməti hansı həddə qədər olur? Bahalı nömrələrin dövlət rüsumu necədir?
Avtosfer.az xəbər verir ki, bu barədə "Globalinfo"ya danışan nəqliyyat eksperti Elməddin Muradlı bu qiymətlərin şişirdildiyini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət qeydiyyat nişanlarının rüsumu “Dövlət rüsümu” haqqında qanunla müəyyənləşdirilib:
“Sadə nömrələr 30 manatdır, digər hərf və rəqəm kombinasiyaları eyni olanlar isə bir az fərqli qiymətə olur.
Yəni onların qiyməti 1000 manatdan 3 min manata qədər dəyişir. Bu, qanunla belə müəyyən edilib. Qanunda göstərilən hallar da tətbiq edilməlidir. Bəli, baha qiymətə nömrə satışı var. Bunlar internetdə də geniş şəkildə yayılıb. Şəxsi adamlar nömrələri fantastik qiymətlərə satışa qoyublar. Kimlərsə onlara o qədər pul verir, belə insanlar mövcuddur. Həmin adamları buna heç kim məcbur etmir. Kimin imkanı, pulu var, alır. Amma mən burada bir məna görmürəm”.
Elməddin Muradlı deyib ki, dünya praktikasında heç kim nömrənin bahalı olmasına önəm vermir:
“Ancaq MDB və müsəlman ölkələrində nömrənin bahalı olmasına diqqət yetirirlər. Məsələn, ərəb ölkələrində 1 nömrəsi üçün neçə milyon vəsait xərclədilər. Amma Almaniya kimi ölkələrdə elə nömrələri zibil maşınlarının üzərinə vururlar. Cəmiyyət olaraq bahalı maşına, bahalı nömrəyə, bahalı telefona, geyimə qiymət veririk. Ona görə də insanların əlinə imkan düşən kimi, hər şeyin baha olanını alırlar. İnanmıram ki, bundan sonra nəsə dəyişsin”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










