Azərbaycanda müəllim şagirdi stulla döydü - VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıtda yerləşən təhsil müəssisəsində xoşagəlməz insident baş verib.
Söhbət Sumqayıt şəhər 38 nömrəli orta məktəbdən gedir. İddialara görə 9-cu sinif şagirdi dərsdə güldüyü üçün müəllim onu stulla vurub. Həmçinin zərərçəkənin saçının yolunduğu və paltarının cırıldığı da səsləndirilən iddialar arasındadır.
Sosial şəbəkələrdə müəllimin şagirdi dərs zamanı və sinif yoldaşları yanında stulla vurmasına dair videogörüntü də yayılıb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsindən “Bizim.Media”ya bildirilib ki, yayılan görüntülərə əsasən, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:
“Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin edilməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










