Azneft-də tıxacı onlar yaradır – SƏBƏB - FOTOLAR - VİDEO

Bakıda hamı tıxacdan danışır. Amma nədənsə bu tıxacların yaranma səbəblərindən danışılanda avtomobillərin sayının artmasından və sürücü mədəniyyətinin aşağı olmasından daşı çox danışırlar. Lakin tıxac yaradan əsas amillər unudulur. Məsələn, gəlin Azneft meydanında tıxac yaranmasının səbəbinə diqqət edək. Məlumdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) binası Azneft dairəsində yerləşir və burada hərəkət daim intensivdir. Lakin ARDNŞ-in avtomobilləri yolun hərəkət hissəsində park edilir və bu da sıxlıq yaradır. Bəzən vəziyyət o həddə çatır ki, ARDNŞ-in rəhbər şəxslərinin avtomobilləri iki zolağı zəbt edir və bu zaman vəziyyət daha acanacaqlı olur. Məhz bu avtomobillərin burada dayanması ucbatından yaranan tıxacın bir ucu Prezident Adminstrasiyasının qarşısına çatır. Görəsən, ARDNŞ-in rəhbər şəxsləri işə gəldikdən sonra maşını niyə yolun hərəkət hissəsində saxlatdırırlar? Özləri maşından düşəndən sonra sürücü avtomobili başqa yerdə park edə bilməzmi? Və yaxud ki, rəhbər şəxs saat 18:00-da işdən çıxacaqsa, sürücünü niyə məcbur edir ki, 3 saat əvvəldən şirkətin qarşısında dayansın?
Xatırlatmaq yerinə düşər ki, dünyanın hər yerində ən kiçik şirkət özünə dayanacaq düzəldir və şirkət rəhbərliyinin, əməkdaşların avtomobilləri də həmin dayanacaqda park edilir. Bəs göərəsən, o boyda Dövlət Neft Şirkəti indiyə kimi özünə avtomobil parkı tikməyi niyə düşünməyib? Şirkətin avtomobil parkı yoxdursa, üzbəüz «Four seasons» otelinin altı yeraltı qarajdır. ARDNŞ zəhmət çəkib həmin otellə müqavilə imzalasın, Rövnəq Abdullayev və onun komandasının xidməti avtomobilləri də bu qarajdan istifadə etsinlər. Yolu keçərkən isə təhlükə yaranmayacaq. Çünki orada yeraltı piyada keçidi də var. Hər halda, 20 metr yolu piyada gəzməklə heç kimə əziyyət olmaz. Amma onlarla rəhbər şəxsin xidməti maşını ARDNŞ-in binasının qarşısında iki cərgəni zəbt edəndə başqaları bundan əziyyət çəkirlər. Bütün bu proseslər isə əlbəttə ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının gözləri qarşısında və «Təhlükəsiz şəhər» kameralarının nəzarəti altında baş verir.
Hər halda, öz rahatlığı üçün başqasına narahatlıq yaradanlar haqqında heç də xoş sözlər demirlər. Başqalarını bilmirəm, bu sətirlərin müəllifi dəfələrlə ARDNŞ-in binası qarşısında məhz şirkətə məxsus avtomobillərə görə qəza şəraitinə düşüb. Bəzən ARDNŞ-in qarşısında dayanıb müdirlərini gözləyən bahalı maşınların sürücüləri elə zənn edirlər ki, bunlar hər yerdə dayana bilər və hərəkətə başlayanda da hamı bunlara yol verməlidir. Müdiri bir kənara qoyaq, sürücünün özündə də bir mədəniyyət olmalıdır axı. Gəlin bir anlıq təsəvvür edək ki, Daxili İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Maliyyə, Vergilər və digər nazirliklərin, dövlət orqanlarının rəhbərləri, işçiləri maşınlarını bu şəkildə yolun kənarında park edirlər. Görün, Bakıda hansı mənzərə yaranar?
ARDNŞ-in qarşısındakı mənzərə ilə bağlı video və fotoları təqdim edirik. Fotoları həm sıxlıq olarkən, həm də həmin ərazinin boş vaxtında çəkmişik. Siz qiymət verin; hansı formada daha gözəl görünür?
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















