Bakı-Balakən marşrutunun bərpası üçün ADY 6 aydan çox hazırlıq işləri görüb - ADY rəsmisi

“Bildiyiniz kimi, COVİD19 pandemiyası başladığı dövrdə ölkə ərazisində yataq tipli qatarların fəaliyyəti dayandırılmışdı. Uzun fasilədən sonra ilk olaraq Bakı-Balakən marşrutu üzrə yataq tipli qatarların fəaliyyəti bərpa olunur. Marşrutun uzunluğu 456 km-dir. Başlanğıc və son dayanacaq nəzərə alınmaqla 11 stansiya və dayanacaqdan ibarətdir. Qatarlar hər gün həm Bakıdan, həm də Balakəndən əks istiqamətdə fəaliyyətdə olacaqlar”.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
O qeyd edib ki, bu marşrutun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 6 aydan çoxdur ki, hazırlıq işləri görüb:
“Bura yol infrastrukturunun təmiri və sağlamlaşdırılması, marşrut üzrə dayanacaqların təmiri, həmçinin vaqon parkının texniki təmiri aiddir. Bu marşrutunun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları” QSC 100-dən artıq iş yeri açmışdır. Həmin vəzifələr üzrə işçilər artıq işə götürülüb”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












