Bakı-Tbilisi-Bakı qatarı apreldən fəaliyyətə başlayır? - AÇIQLAMA

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır. Məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlama verib. O deyib ki, sözügedən mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə olunub.
"Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”, - Kobaxidze deyib.
Qeyd edək ki, mətbuatda qatarın aprel ayında fəaliyyətə başlayacağı barədə xəbərlər yayılıb.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Bakı-Tbilisi sərnişin qatarının istifadəyə verilməsi ilə bağlı müzakirələr bütövlükdə Azərbaycan-Gürcüstan arasında həm səfərlərin sayının artmasına, həm də vətəndaşların quru yoldan istifadə etməklə qarşılıqlı səfər imkanı deməkdir:
"Sözsüz, nəzərə alsaq ki, Azərbaycan üçün bütövlükdə təhlükəsizlik və eyni zamanda vətəndaşlarımızın təhlükəsizliyi, eyni zamanda qonşu, dost ölkələrlə əməkdaşlığın gücləndirilməsi prioritetdir, bu konteksdən dəmir yolu nəqliyyatının bərpa edilməsi həm birmənalı şəkildə iki ölkə arasında turizm imkanlarının genişləndirilməsinə imkan verəcək, eyni zamanda nəzərə alsaq ki, gələn aydan turizm mövzsümü başlayır bu da öz növbəsində həm Gürcüstan vətəndaşlarının Azərbaycana gəlməsini, həm də azərbaycanlıların Gürcüstana və bu ölkə üzərindən digər xarici ölkələrə səfərinə müsbət təsir göstərəcək. Ona görə gözlənilir ki, bu həm ölkəmizə turist axınına, həm də xarici səfərlərə öz təsirini göstərəcək. Bu istiqamətdə aparılan müzakirələr iki ölkə arasında yaxınlıq səviyyəsii göstərməklə yanaşı, həm də bütövlükdə bu istiqamətdə turizm imkanlarından daha geniş istifadə imkanlarına gəlir".
Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











