Bakıda daha bir biabırçı yol nişanı - FOTO

Bu şəkildə Bakıdakı İran səfirliyinin qarşısındakı nişanı görürsünüz. Özü də bura paytaxtımızın mərkəzi küçələrindən birdir. Bu nişanlar kompleksini gördüyünüz şəkildə ora qoyanlar demək istəyiblər ki, burada 50 metrlik məsafədə yalnız xidməti istifadə üçün nəzərdə tutulan və nəqliyyat vasitələrinin səkiyə paralel yerləşdirilməli olduğu düracaq (parklanma yeri) var. Amma ya məlumatsızlıqdan, ya da səhlənkarlıqdan kobud səhvə yol veriblər. Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avtosfer.az saytına bildirib ki, həmin yol nişanının tətbiqindəki səhvlər bunlardır:
1. “Yol hərəkəti haqqında” Qanuna 4 saylı Əlavədə ölkəmizdə mövcud olan bütün yol nişanları təsdiq edilmişdir. Həmin Əlavənin 5-ci bölməsində İran səfirliyi qarşısinda gördüyünüz ən yuxarıdakı tərtibatda nişan yoxdur. Orada mətnə əlavə olunan şəkildə gördüyünüz 5.15 nişanı var və bu nişanı hər hansı qaydada təhrif etmək qadaşandır.
2. İran səfirliyi qarşısinda gördüyünüz ən aşağıdakı nişan 7.1.1 “Obyektə qədər məsafə” nişanıdır. Bu nişan həmin şəkildəki nişanlarla birlikdə tətbiq oluna bilməz. Nişanların tətbiqinə dair DÜİST 23457-86 həmin nişanın hansı nişanlarla birgə tətbiq edilə biləcəyini təsbit edir. 7.1.1 nişanı hər hansı nişanla tətbiq edildikdə həmin nişanın qüvvəsinin bu nişanda göstərilən məsafədən sonra başladığını bildirir (məsələn, səfirlik qarşısındakı nişan qanunauyğun olsaydı, bu, o demək olardı ki, nişanların qoyulduğu yerdən 50 metr sonra parklanma yeri başlayır).
3. Hər hansı nişanın qüvvədə olduğu sahəni göstərmək üçün 7.1.1 nişanı yox, yazıya əlavə olunmuş şəkildəki 7.2.1 “Qüvvədə olma sahəsi” nişanı tətbiq edilməlidir. Ümumiyyətlə ölkəmizin bir çox yerlərində 7.2.1 nişanının 7.1.1 nişanı ilə dəyişik salınması kütləvi hal alıb.
Gördüyünüz şəkildə nişanların tətbiqi ilə bağlı yol verilmiş səhvlər yol hərəkətinin təşkilinə məsul olan qurumların və şəxslərin bu işi necə yarıtmaz həyata keçirdiyinə aşkar nümunədir. Yollarda elə problemlər var ki, onların həlli kifayət qədər vaxt və vəsait tələb edir. Amma adi yol nişanlarının qoyulmasında belə kütləvi kobud səhvlər başadüşülən deyil. Əminik ki, yollarımızda ümumi gərginliyin olmasında belə səhvlərin böyük payı var.
Fidan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














