Bakıda şlaqbaum qəzaya SƏBƏB OLUB: Hadisə iki binanın sakinlərini üz-üzə qoyub - VİDEO

Bakıda yaşayış binalarının həyətinin girişinə qoyulan şlaqbaum qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Bakının Bakıxanov qəsəbəsində baş verib.
Odur ki, doqquzmərtəbəli binanın sakinləri qoyulan şlaqbauma etiraz edirlər.
Qeyd edək ki, həmin ərazidə bir mərtəbədən digər binaya keçid var. Lakin həyətdəki giriş bağlandığına görə digər binanın sakinləri öz nəqliyyat vasitələri ilə bu əraziyə girə bilmirlər.
Şlaqbaum qoyulan həyətin sakinləri isə kənar maşınların onlara təhlükə yaratdığını, kiçik yaşlı uşaqların həyətdə oynaya bilmədiklərini əsas gətirirlər. Onlar deyirlər ki, problemi yaradan elə şikayəti edən 9 mərtəbəli binanın sakinləridir.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, problemdən xəbərdardırlar və onlara müraciət edən sakinlərə məsələni öz aralarında həll etmələri tövsiyə olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirdilər ki, şlaqbaum qoymaq üçün bu qurumdan icazə almağa ehtiyac yoxdur.
Ətraflı videomaterialda.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












