Bakıda yeni metro stansiyalarının tikiləcəyi ərazilərdə mənzillər bahalaşıb? - AÇIQLAMA

Metro stansiyaların inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.
Avtosfer.az xəbər verir ki, bu faktı "Trend"ə mənzil alqı-satqısı ilə məşğul olan Orxan Rüstəmov da təsdiqləyib.

O qeyd edib ki, artıq həmin ərazilərdə mənzillərini satışa çıxaran bəzi sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manat bahalaşdırıb:
"Yeni metro xətləri, ərazinin nəqliyyat infrastrukturunu gücləndirir və şəhər içində daha asan və sürətli hərəkət etməyə imkan verir. Bu, ərazinin daha cəlbedici olmasına səbəb olur. Yeni ticarət obyektləri, ofislər və yaşayış binaları tikilə bilər ki, bu da ərazinin iqtisadi dəyərini artırır".
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, metro stansiyalar inşa edilən zaman kəsiyində mənzillərin qiymətində artım baş verəcək ki, bu da hər il qeydə alınır. Lakin bu metro stansiyaların tikintisi ilə bağlı deyil. Bunun bir çox səbəbləri var.
"Nəzərə almalıyıq ki, ictimai nəqliyyatla təmin olunan ərazilər də daşınmaz əmlak qiymətlərinə təsir göstərir. Bu, əmlakın qiymətləndirilməsinin formalaşmasında vacib elementlərdən biridir. Lakin qeyd etdiyimiz ərazilərdə qiymət necə dəyişəcək onu zaman göstərəcək", - o əlavə edib.
Öz növbəsində, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, metro stansiyaların inşası uzun çəkən prosesdir.
"Hələlik həmin ərazilərdə mənzillərin qiymətinin bahalaşması barədə danışmaq tezdir. Adətən metro stansiyanın açılışından iki il əvvəldən həmin ərazilərə maraq artır", - deyə o bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyini açıqlayıb.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










