Banner

Bakıda yeni yeraltı dayanacaqda problem yarandı – FOTO

Yazarlar 16 Oktyabr 2014 02:27 Oxunub 2378
Bakıda yeni yeraltı dayanacaqda problem yarandı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər boş yer tapmaq üçün bəxtəbəxt hərəkət etməli olurlar

Azadlıq meydanındakı yeraltı avtomobil dayanacağı dövlətin ayırdığı milyonlarla vəsait hesabına tikilib. İstifadəyə verilməsindən isə heç 2 il keçməyib. Amma artıq bu dayanacaqda müxtəlif problemlər ortaya çıxıb. Avtosfer.az-ın verdiyi məlumata görə, dayanacaqda avtomobillərin yerləşdirildiyi sıraların boş və ya dolu olduğunu bildirən işıq sistemi bir neçə aydır ki, normal işləmir. Əməkdaşımızın yeraltı dayanacaqda çəkdiyi fotolardan da aydın olur ki, avtomobilin dayandığı sırada yaşıl işıq yanır. Bu isə o deməkdir ki, bura boşdur. Amma əslində, elə deyil, orada maşın var.

Məsələ burasındadır ki, bu sistem hansı cərgədə boş yerin olduğunu uzaqdan görmək üçün sürücüyə yardım edir. Yəni, sürücü hansı cərgədə yaşıl işıq yandığını görürsə, bu o deməkdir ki, orada boş yer var. Amma Azadlıq meydanındakı yeraltı avtomobil dayanacağında yaşıl işığa yaxınlaşan sürücülər həmin sıranan boş olmadığını görürlər və beləliklə də, bəxtəbəxt boş yer axtırışına başlayırlar. Dayanacaq nəzarətçiləri isə yalnız məhdud ərazidə sürücülərə bələdçilik edib yer göstərə bilirlər. Bu da sürücülərin narazılığına səbəb olur.

Bu dayanacaq yeni fəaliyyətə başlayanda burada çoxlu sayda nəzarətçi var idi. İndi isə onlar tək-tük hallarda gözə dəyirlər. Bu isə o deməkdir ki, dayanacaq həm də təhlükəsizlik baxımından ciddi qorunmur. Üstəlik, indi tək-tük gözə dəyən həmin nəzarətçilər maşınların park edilməsində, sürücü maşını tapmağa çətinlik çəkdikdə onlara köməklik göstərməkdə nadir hallarda işə yarayırlar. Amma sürücü maşını götürmək məqsədilə ödəniş etmək üçün parkomata yaxınlaşanda həmin nəzarətçilər dərhal haradansa peydə olub köməklik göstərirlər. Sual yaranır; əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş? Sürücüyə heç bir köməklik göstərmirlər, normal xidmət yoxdur, yaşıl işıq boş yer göstərdiyi halda yerlər dolu olursa, pul almağa gələndə nə tez başımızın üstünü kəsdirirsiniz?

Qeyd edək ki, həmin yeraltı dayanacağa Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi nəzarət edir.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh