Banner

Bakının mərkəzində palçıqlı DYP maşını; nömrə görünmür - VİDEO

Yazarlar 5 Dekabr 2014 08:23 Oxunub 2652
Bakının mərkəzində palçıqlı DYP maşını; nömrə görünmür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Başqalarından qayda-qanun tələb edənlərin özləri qaydaları pozur; yəqin yaddan çıxıb

Avomobilin dövlət nömrə nişanını çirkli, palçıqlı, yəni, görünməz halda saxlamağa görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulur. Ən yaxşı halda 40 manat, bəzən isə 60 manat və 3 bal cərimə tətbiq olunur. Odur ki, dövlət nömrə nişanını təmiz saxlamaq hər kəsin borcudur. Bəzən sürücülər iddia edirlər ki, rayondan gəlirəm, yolda nömrə palçığa batır, mən hər dəfə düşüb nömrəni silməliyəmmi? Qanunda bu suala belə cavab verilir ki, nə olur-olsun, sürücü dövlət nömrə nişanının təmiz saxlamağa borcludur. Sürücü demişkən, elə yol polisləri də sürücü sayılırlar. Çünki iş vaxtı adətən sükan arxasında olurlar. Bəs, sürücülərdən qanunlara əməl etməyi, nömrəni təmiz saxlamağı tələb edən yol polisləri özləri bu qanunlara necə əməl edirlər? 

Avtosfer.az saytının əməkdaşı dekabrın 2-də saat 13:04-də Teymur Elçin küçəsində – Teleteatrın yanından Şəhidlər xiyabını istiqamətində qalxan yolda nömrəsi palçıq içərisində olan Dövlət Yol Polisi avtomobilinin görüntülərini kameranın yaddaşına köçürüb. Kadrlardan görünür ki, DYP avtomobilinin arxa nömrə nişanı palçıqdan görünməh hala düşüb. Lakin avtomobilin baqajının üstündəki nömrədən aydınlaşdırmaq olar ki, bu avtomobilin dövlət nömrə nişanı 10 YP 547-dir. Maraqlıdır, nə dekabrın 1-də, nə də 2-də Bakıda yağış yağmayıb. Belə olan halda, görəsən, bu avtomobil harada belə palçığa batıb? Yoxsa, 3 gündür bu maşın yuyulmur?

Əlbəttə, yol polisi məsələyə aydınlıq gətirərkən deyə bilər ki, avtomobil nasaz vəziyyətdə olub və təmirə aparılırmış. Birincisi, nasaz avtomobilin yolda nə işi var? İkincisi, avtomobilin təmirə aparılması əsas vermir ki, nömrə nişanı bu vəziyyətdə olsun. Eksperement üçün mülki bir avtomobili bu vəziyyətdə idarə etsək və DYP bizi saxladıqda «təmirə aparırıq» desək, ən azından «dəxli yoxdur, nömrəni təmiz saxlamaq lazımdır» cavabını eşidəcəyik. Elədirsə, DYP niyə nömrəni təmiz saxlamır?

Heç şübhəsiz ki, sürücülər belə yol polislərindən yaxşı nümunə götürməz…

 

Elməddin Muradlı

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh