Bakının mərkəzində təmirdən çıxan küçə YENİDƏN QAZILIR - Qrumdan AÇIQLAMA - FOTO

Bakının mərkəzində yerləşən Mirzəağa Əliyev küçəsində yenidən qazıntı işləri aparılır.
Avtosfer.az xəbər verir ki, yolun yeni təmirdən çıxmasına baxmayaraq, velosiped zolağı çəkilən hissədə qazıntı işləri aparılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli də Oxu.az-a açıqlamasında yolun qazılma səbəbinin yeni səki salınacağı ilə bağlı olduğunu bildirib.
"M.Əliyev küçəsinin sözügedən hissəsində əvvəldən səki yox idi. Vətəndaşların müraciəti əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) layihə hazırlayıb. Həmin layihə əsasında yolun səki olmayan, təxminən 300 metrlik hissəsində səki inşa olunacaq. Bununla bağlı hazırlıq işləri görülür. Yəqin ki, bayram günlərindən sonra işlərə başlanılacaq", - deyə A.Nəcəfli bildirib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












