"Bəzi nöqtədə texnikaları qoyub şəkil çəkdirirlər, sonra da işlərini bitmiş hesab edirlər" - AÇIQLAMA

“Bu qarlı havalarda, yollarda yaranan vəziyyət hamımızı narahat edir. Həqiqətən də qurumların yenə də qara hazırlıqsız olduğunu biz gördük”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "demokrat.az"a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradov bildirib.
Ekspert qeyd edib ki, bəzi yollarda təmizlik işləri vaxtında aparıldığı halda, bu il yəqin ki, qar ciddi olaraq nəzərə alınmayıb:
“Ümumiyyətlə, həmin küçələrə köməkçi texnika göndərilməyib ki, vaxtında bu prosesə müdaxilə edilsin. Ona görə fikirləşirəm ki, bu qurumlar qarı ciddi olaraq, nəzərə almayıblar və yaxud da edilən xəbərdarlıqları anlamayıblar. Bu vəziyyət belə bir formada üzə çıxdı”.
Ekspert onu da vurğulayıb ki, təəssüf doğuran hal odur ki, hər il eyni vəziyyət təkrarlanır:
“Payız mövsümünün sonlarında texnikalarını nümayiş etdirirlər ki, hazırıq. Qarla mübarizə bu səviyyədə aparılacaq. Amma Bakıya hələ güclü qar yağmayıb. Bakının bir çox nöqtələri var ki, hazırda yolda qar yoxdur. Amma müəyyən bir hissələrində yağıb, onu da qarşısına ala bilmirlər. Nə qədər hadisə oldu. Kənar dairəvi yolda bir-iki saat ərzində yollar buz bağladı və nə qədər qəzanın şahidi olduq. Dəhşətli hal budur ki, hazırlıqsız görünürlər. Niyə hər il eyni vəziyyət təkrar olunur? Bunlar bilmir ki, hansı nöqtələr buz bağlayır və hansı nöqtələrə qüvvə, kömək lazımdır? Bunu çox yaxşı bilirlər. Sadəcə, məsuliyyətsizdirlər. Müəyyən bir nöqtədə texnikaları qoyurlar, şəkil çəkdirirlər, paylaşırlar və bununla da işlərini bitmiş hesab edirlər. Məsuliyyətsizlik hər il davam edir. İnsanlar bununla əziyyət çəkir, ziyan çəkir. Amma hamısı bir ağızdan deyir ki, bütün texnikalarımız, bütün avadanlıqlarımız, bütün işçilərimiz küçələrdədir, xidmət aparırlar. Onda belə çıxır ki, ya vətəndaş, ya da qurum yalançıdır. Amma təcrübə sübut edir ki, qurumlar yalan danışmaqla məşğuldur”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











