Biabırçı vəziyyət yaranıb – Bunu edən məmur hara baxır?

Ötən gün Bakıda hava şəraitinə görə ictimai nəqliyyat, xüsusilə də avtobuslarla bağlı yaranan vəziyyət vətəndaşların narazılığına səbəb olub. Belə ki, əksər marşrut üzrə hərəkət edən avtobuslar tapşırığa əsasən depoya getdiklərini deyiblər. Onlar bunu havanın şaxtalı və yolların sürüşkən olması ilə əsaslandırıblar. Nəticədə sərnişinlərin əksəriyyəti yolda qalıb. Halbuki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fevralın 23-də avtobusların 21:00-a kimi işləyəcəyini açıqlamışdı.
Avtobusların depoya getməsinin əsl səbəbi nədir?
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Globalinfo"ya danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, avtobusların qeyd edilən saatlarda depoya getməsinin səbəbkarları yolları qardan təmizləməli olan Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra oqranları, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir:
“Bu qurumlar yenə də yarıtmadılar, cəmiyyətdə onlara qarşı ikrah hissi yarandı. İllər keçsə də, müvafiq qurumlar işlərini doğru qurmurlar. Yolları vaxtında təmizləmirlər. Səmimi desək, iki il bundan qabaq daha operativ idilər, indi isə biabırçı vəziyyət müşahidə olunur. Yol təmizlənmirsə, avtobus necə hərəkət etsin? Bu nəqliyyat növünün 300, 400 min manat qiyməti var, bahalıdır. Onları necə xəttə buraxsınlar? Qəza edəcəklər və ya başqası vuraraq zədələyəcək. Nəticədə avtobuslar da yollarda qalacaq. Ona görə də mən “BakuBus” və ya digər daşıyıcıları qınamıram”.

Elməddin Muradlı
Ekspert bildirib ki, avtobusların xətdən tez çıxması məhz müvafiq qurumların işini normal görməməsi ilə əlaqəlidir:
“Təcili yardım maşınları yolda qaldı. Polislər küçələrdə vətəndaşlara xidmət göstərməyə, duz səpməyə başladılar. Səkilərə sürüşkən tametlər düzürlər. Bunu hansı məsuliyyətsiz adam edir? İnsanları niyə təhlükəyə atırlar? Buna göz yuman məmur, icra başçısı hara baxır? Ona görə avtobuslarla bağlı vəziyyətdə onları qınamıram. Yol bərbaddırsa, küçədə hərəkət etmələri də mümkünsüz olur”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












