Binaların həyətində yerə maşın nömrəsi yazmaq QADAĞANDIR – 1500-2000 manat cərimələnə bilərsiz

Bakıda bəzi insanlar yaşadığı binanın həyətində, yaxud yaxınlıqdakı ərazidə yerə avtomobilinin nömrəsini yazaraq orada yalnız özü maşın saxlayır.
Bəs bu qanunidirmi və qanunsuzdursa, buna qarşı hansı tədbirlər görülməlidir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə əlaqədar nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a açıqlamasında bildirdi ki, qanunsuz parklanmaya görə, 21 iyun 2024-cü ildə Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əlavə dəyişiklik edilməsi ilə bağlı qərar qəbul edib. Bu, demək olar ki, parklanma ilə bağlı qanunda olan boşluqları tamamən doldurur:

"Təbii ki, yaşayış zonalarında, həyətlərdə, məhəllələrdə qanunsuz parklanma yaratmaq məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona müəyyən edilmiş cərimə tətbiq edilir. Dövlət avtomobil yollarında səlahiyyətli olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, həmçinin parklanma xidmətlərinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər 100 manatdan 200 manat məbləğində, vəzifəli şəxslər isə 300 manatdan 500 manat məbləğində cərimə edilir. Həmçinin qanunda nəzərdə tutulub ki, bu görülən cəza tədbiri nəticəsində yenə də həmin şəxs əməlinə davam edərsə, 15 günədək azadlığı məhdudlaşdırıla bilər və 1500 manatdan 2 000 manata qədər məbləğdə cərimə edilə bilər".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












