"Bolt" sürücüləri NARAZIDIR: Xidmət haqqı qalxdı, gəlirlər azaldı - AÇIQLAMA

Son günlər sosial media platformalarında "Bolt" taksi xidməti ilə bağlı ciddi narazılıq müzakirə mövzusudur.
Avtosfer.az xəbər verir ki, sürücülər iddia edirlər ki, şirkət komissiya haqqını 30%-ə qədər artırıb və bu da onların gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
"Bolt"un xidmət haqqı artıq 33%-ə çatıb. Komissiya olduğu kimi qalır, xidmət haqqı isə qalxıb. Əvvəllər 10 manatlıq gediş haqqına görə 30 qəpik tuturdularsa, indi bu məbləğ üç manata qədər artıb. Özlərinə deyəndə isə deyirlər ki, o pul sizin deyil. Guya normalda sifarişinizin qiyməti, məsələn, altı manatdırsa, onlar yeddi yazırlar və bizdən tutduqları həmin o bir manatdır. Əslində isə belə olmadığını bütün taksi sürücüləri bilirlər. Əvvəllər hər 10 manatlıq sifarişə görə şirkətə bir manat ödəyirdiksə, indi bu rəqəm üç manata çatıb", - deyə sürücü şikayətlənib.
"Bolt" sürücüləri hesab edirlər ki, şirkət süni şəkildə xidmət haqqını artırır və bunun müştərilərin ödədiyi məbləğə heç bir aidiyyəti yoxdur.
"Bolt Azərbaycan" şirkətindən Oxu.az-a cavab olaraq bildirildi ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.
"Azərbaycanda minlərlə sürücü "Bolt"un tətbiqi vasitəsilə həm yerli sakinlərə, həm də ölkəmizin qonaqlarına xidmət göstərir. Şirkət olaraq, sürücülərin qaydalara riayət etməsi və təhlükəsizliyin təmin olunması üçün mütəmadi olaraq məlumatlandırma aparırıq.
"Bolt" sürücülər üçün əməkdaşlıq şərtlərini yaxşılaşdırmağa və gəlir səviyyəsini artırmağa çalışır. Bazar tələblərini nəzərə alaraq, onlar üçün optimal təkliflər hazırlayırıq ki, daha çox qazanc və kifayət qədər sifariş qəbul edə bilsinlər.
Sorğunuzla bağlı bildiririk ki, son bir il ərzində komissiya dərəcəsində dəyişiklik edilməyib.

Ümumilikdə qeyd etmək istərdik ki, "Bolt" komissiya dərəcəsini dəyişdirmək hüququna malikdir. Bununla yanaşı, sürücülər də istədikləri zaman platformaya qoşulmaq və ya fəaliyyəti dayandırmaq hüququna sahibdirlər. Biz isə sürücülərin ehtiyaclarına hörmətlə yanaşır və bu cür dəyişikliklər barədə onları əvvəlcədən məlumatlandırırıq", - deyə açıqlamada vurğulanır.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











