Boşanmalar günü-gündən artır: Günahkar kimdir? - VİDEO

Müasir dövrdə boşanmaların sayı günü-gündən artır. Cəmiyyətdə stereotip və baxışlar dəyişib. Statistika göstərir ki, nikaha xitam verənlərin əksəriyyəti gənclərdir.
Avtosfer.az xəbər verir ki, 2024-cü ilin ilk 10 ayında boşanmaların sayı nikahlardan daha çox olub. Dövlət Statistika Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Tünzalə Qarayeva bildirib ki, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halı qeydə alınıb:
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5.3-dən 4.9-a düşüb, boşanmalar isə dəyişməyərək 2.1 səviyyəsində qalıb".
Boşanmalara əsas səbəb narkomaniya, alkoqolizm, şiddət göstərilsə də, tərəflər arasında xarakterlərin uyğunsuzluğu və kənar müdaxilələrin də rolu danılmazdır.
Mediator Almaz Ağamuradova deyir ki, bəzi qadınların şan-şöhrət arzusu, kişilərin isə çox vaxt valideynlərinin istəyi ilə addım atması da boşanmaya səbəb olan başlıca amillərdən biridir.
"Sosial şəbəkələrdə bu qədər geniş cah-cəlalın göstərilməsi nəticəsində insanlar "məndə də niyə olmasın" deyirlər. Əslində, qayınana boşandırmır, oğlan xarakter cəhətdən yetişməyibsə, bu da ailənin dağılmasına səbəb olur", - deyə o əlavə edib.
Ətraflı süjetdə:
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












