Banner

Bu addım "20 Yanvar"dakı vəziyyətə təsir edəcək, interval 2 dəqiqəyə düşəcək - AÇIQLAMA

Yazarlar 16 Yanvar 2025 21:36 Oxunub 110
Bu addım "20 Yanvar"dakı vəziyyətə təsir edəcək, interval 2 dəqiqəyə düşəcək - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Metro infrastrukturunun genişləndirilməsi şəhər mobilliyinin və nəqliyyat infrastrukturunun inkişafı üçün çox əhəmiyyətlidir. Metro xətləri və yerüstü nəqliyyat növlərinin inteqrasiyası bir-birini tamamlayan və şəhərdaxili hərəkətliliyi daha effektiv edən əsas elementlərdir. Növbəti 5 ildə 10 yeni stansiyanın tikilməsi və yeni qatarların gətirilməsi bu effektivliyi daha da artıra bilər.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "redaktor.az"a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, Bakı Metropoliteninin yaşıl, qırmızı və bənövşəyi metro xətləri üzrə texniki məhdudiyyətlərin aradan qaldırılması və sərnişin axınının düzgün idarə edilməsi tələb olunan məsələlərdəndir:

"10 yeni metro stansiyanın tikilməsi, şəhərin mobilliyinə müsbət təsir edəcək bir xəbərdir. Amma tək metro ilə yox, həmçinin də yerüstü nəqliyyatda olan digər növlərin də inteqrasiyası və digər loqistika növü ümumi tıxacdakı payı azaldacaq. Düşünürəm ki, bu sahələrə investisiya artırılmalıdır. Metronun bugünkü 3 xətti - yaşıl, qırmızı və bənövşəyi xəttin müstəqil fəaliyyəti təmin olunmalı, texniki məhdudiyyətlər aradan qaldırılmalıdır. Müəyyən xətlərin, stansiyaların tikintisi sərnişin axınını parçalayacaq. Hazırda 2 depo var, 3-cü deponun, yəni Dərnəgül deposunun tikilməsinə ehtiyac var. Bunlar hamısı yekunda şəhərdəki hərəkətliliyə birbaşa təsir edəcək. Metro daxilində də sərnişin axınının fərqli istiqamətə yönəlməsinə gətirib çıxaracaq. Bənövşəyi xətdə olan stansiya platformaları 7 vaqonludur. Yəni eyni anda daha çox sərnişinin hərəkətini təmin edir. Yaşıl və qırmızı xətdə isə 5 vaqonlu platformadır. Şəhərdən üzü şimal istiqamətinə və şimaldan üzü Bakı istiqamətində böyük bir hərəkətlilik var. Bu, "20 Yanvar"dakı vəziyyətə birbaşa təsir edəcək. Çünki "Avtovağzal" metrosu istiqamətində gedən qatarların hərəkət intervalı bu gün 7 dəqiqədirsə, o, 2 dəqiqəyə düşəcək. Bu da birbaşa ümümi sərnişin axınına, həm yerin altına, həm yerin üstünə birbaşa təsir edəcək". 

Daha əvvəl Bakı Metropoliteninə 2025-ci ildə 65 vaqon gətiriləcəyi barədə məlumat vermişdik. Onların nə vaxt istifadəyə veriləcəyi ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova sual ünvaladıq.

"Bakı Metropoliteninə yeni qatarların gətirilməsi ilin sonuna qədər gerçəkləşəcək. Son dəfə ötən ilin noyabrında 7 qatar xəttə verilib. Bundan sonra da stansiyaların qatarla təmin olunması davam etdiriləcək",- deyə mətbuat katibi sualımıza cavab verdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh