Bu maşınlar sığortalanmır - Sürücülər nə etməlidir?

Son zamanlar bir çox taksi sürücüləri avtomobillərinin sığortası zamanı müəyyən çətinliklərlə qarşılaşdıqlarını deyir. Onlar sığorta şirkətlərinin müxtəlif səbəbləri əsas gətirərək sığortalamadan boyun qaçırdığını bildirir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, qanunvericiliklə sığorta şirkətinin imtina vermək hüququ yoxdur:
“İmtina onun lisenziyasının ləğv olunmasına gətirib çıxara bilər. Ümumiyyətlə, sığorta müqavilələri sığorta agentləri vasitəsi ilə həyata keçirilir. Amma hər bir sığorta şirkətinin onlayn sistemi var ki, hər bir vətəndaş o sistem vasitəsi ilə öz sığortasını yaza bilər. Amma böyük vətəndaşların böyük əksəriyyəti bu onlayn sistemlərdən istifadə etmə qaydalarını bilmədiyinə görə sığorta agentlərinə müraciət etməyə məcburdular. Lakin sığorta şirkətləri bildirir ki, mühərrikinin həcmi kiçik olan avtomobillərin sığorta qeydiyyatına qadağa var. Yəni son nəticədə bu müqavilənin bağlanmasına görə sığorta agentləri komissiya almır”.
Şahin İsmayılov qeyd edib ki, sürücülər sığortanı özləri onlayn qaydada həyata keçirməli, yaxud sığorta şirkətinin baş ofisinə müraciət etməlidir:
“Sığorta agentlərinin qazancı bağladığı müqavilədən gələn faiz hesabına ödənilir. Amma mühərrik həcmi kiçik avtomobillərə görə agentlərə komissiya verilmədiyinə görə onlar bu tip maşınlara sığorta müqaviləsi yazmaqda maraqlı deyillər. Sürücünün üzərinə düşən vəzifə odur ki, ya bu müqaviləni özü onlayn sistem vasitəsi ilə həyata keçirməli, yaxud hər hansı sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Amma sığorta şirkətlərinin imtinasının qanuni əsası yoxdur. Belə bir fakt aşkarlanarsa, Mərkəzi Bank həmin sığorta şirkətinin lisenziyasını ləğv edə bilər”.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










