Banner

Bu şirkət dəmiryolunun tikintisində milyonlar “yedi” - FOTOLAR

Yazarlar 17 Noyabr 2014 22:16 Oxunub 1866
Bu şirkət dəmiryolunun tikintisində milyonlar “yedi” - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Tiflis-Qars dəmiryolunun Türkiyə ərazisindən keçən hissəsinin tikintisi dayandırılıb

Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsinin tikintisi dayandırılıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsinin tikintisini həyata keçirməli olan şirkətin ayrılan vəsaitlə planlaşdırılan işləri görə bilməməsidir. Dəmiryolu xəttinin Türkiyə ərazisindən keçən hissəsinin tikintisi üçün elan olunan tenderdə  qalib gələn “Özgün-Çelikler Yapı” şirkəti qalib gəlib. Şirkət bu işi 294 milyon TL-yə (təxminən 110 milyon manata) görəcəyini vəd edib. Lakin işləri yarımçıq qoyub.Layihə həyata keçirilərkən əlavə xərclərdə nəzərə alındıqda xərclənən məbləğ 435 milyon TL-ni (təxminən 165 milyon manat) keçib. Lakin layihə yenə də tamamlanmayıb. 2012-ci ildə layihənin davamı “Şenbay Madencilik” və “Ermit Mühendislik” şirkətlərinə verilib. Bu şirkətlər layihəni ilkin hesablanan məbləğdən 12 dəfə baha başa gələcəyini deyiblər. Türkiyə hökuməti bu şirkətlərlə bağlanan müqaviləni də ləğv etdirib.

Türkiyə mətbuatı yazır ki, bu günədək 537 milyon TL (təxminən 204 milyon manat) xərclənən layihənin yalnız 39 faizi yerinə yetirilib. 2013-cü ildə dəmiryolu xəttinin tikintisi Türkiyəib. Amma sonradan bu razılıq da pozulub.

Türkiyə Nəqliyyat Nazirliyinin hesablamalarına görə, işin bitməsi üçün daha 500 milyon TL (təxminən 200 milyon manat) lazımdır. Ümumi hesablamaya görə, layihənin başa çatması Türkiyəyə 1,5 milyard TL-yə (təxminən 600 milyon manat) başa gələcək. Bu isə ilkin hesablamadan təxminən 3 dəfə çoxdur.

İlkin hesablamlaradan sonra hazırda tikinti işlərinin başa çatması üçün lazım olan məbləğin həddindən artıq şişməsi Türkiyə hökumətini ciddi şəkildə narahat edib. Bu səbəbdən Türkiyə Nəqliyyat Nazirliyinin təftiş heyəti ölkəni Azərbaycan və Gürcüstana qarşı xəcalətli vəziyyətə salan məsələ ilə bağlı araşdırmalara başlayıb.

Hazırda Türkiyə Bakı-Tiflis-Qars dəmiryolu xəttinin tikintisində üzərində düşən 76 kilometrlik məsafənin tikintisini dayandırıb.

Qeyd edək ki, BTQ dəmiryolu xəttinin tikintisinin bu ilin sonuna başa çatacağı və ilk sınaq qataraının xəttə buraxılacağı deyilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh