Çörəyin altındakı qara izlər nədən xəbər verir? - Ekspertdən AÇIQLAMA

Keçən günlərdə Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində AQTA tərəfindən nöqsanlar aşkarlanıb. Hətta iddia olunur ki, çörəyin içindən siqaret kötüyü çıxıb.
Bəs müəssisələrdə sanitar-gigiyenik qaydalara niyə əməl olunmur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a danışan qida eksperti Ağa Salmanov bildirdi ki, siqaret kötüyünün çıxması fiziki çirklənmədir:
"Burada işçilərin məsuliyyətsizliyi ola bilər. Sanitar-gigiyenik qaydalarına əməl olunmaması da göz qarşısındadır. Bu hadisə qəsd də ola bilər. Hansı ki, incidilən işçi tərəfindən ola bilər. Bunlar isə daxildən qaynaqlanan məsələlərdir. Bilərəkdən nəsə ataraq imicə zərər vermək istəyə bilərlər. Bu səbəbdən hərtərəfli düşünmək lazımdır. Bunlar fərziyədir. Həqiqətən də ola bilər ki, orada sanitar-gigiyenik qaydalar pozulmuş olsun. Bəzən görürük ki, çörəyin altında qara izlər də olur. Bu qara izlər daşıyıcı lentin təmizlənməməsindən irəli gəlir. Bu isə kimyəvi çirklənmədir".

Ekspert qeyd etdi ki, bunlar baş ağrısı, ürəkbulanma, mikro və makro zəhərlənmələr yarada bilər.
"Sağlam qidalar istehsal olunmalıdır. Mən düşünürəm ki, fiziki, kimyəvi, bioloji çirklənmələri nəzərə almaq lazımdır. Bunu nəzərə alaraq yola çıxmaq lazımdır. İstər iaşə müəssisələrində, istehsal müəssisələrində və s. Göstəricilərə mütləq əməl etmək lazımdır ki, kimyəvi, fiziki, bioloji çirklənmələrdən mühafizə olunaq", - deyə Ağa Salmanov bildirdi.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










