Daxili kreditlə avtomobil satan şəxs vətəndaşları aldadır? - DİN-dən AÇIQLAMA - VİDEO

Daxili kreditlə avtomobil satışı ilə məşğul olan şəxsin vətəndaşları aldatdığı iddia edilir.
Avtosfer.az-ın məlumatına görə, bununla bağlı şikayətçilər var.
Şikayətçi Zamiq Sadıqov taksi fəaliyyətilə məşğul olmaq üçün ilkin olaraq 7000 AZN verib, ayda 700 manat ödəmək şərtilə 36 ay müddətinə daxili kreditlə maşın alığını deyir.
Şikayətçi deyir ki, hər ay vaxtlı vaxtında ödəniş edib, 6-cı ayda ödənişdə gecikimə yaranıb. Bundan sonra maşını ondan alıblar, deyirlər ki, əlavə 3200 manat ödəniş edilməsə maşın qaytarılmayacaq. Daha bir şikayətçi Şahəddin Əliyev isə "Xəzər xəbər"ə bildirdi ki, o da daxili kredit yolu ilə maşın alıb, ilkin ödəniş edib, aylıq ödənişləri də hər ay vaxtlı vaxtında ödəyib.
Onun sözlərinə görə, bir il yarım ödəniş etdikdən sonra qalan pulu birdəfəyə ödəyib maşını alqı-satqı etmək qərarına gəlib. Zaur adlı şəxs onu kafeyə dəvət edib, yemək sifariş edib, maşını da yaxınlıqdakı maşınyuma məntəqəsinə veməyi təklif edib. Lakin sonradan maşın oradan yoxa çıxıb.
Qarşı tərəfin rəsmi nümayəndəsi ittihamlara cavab verib.
DİN-dən bildirilib ki, daxil olmuş müraciət əsasında ərazi üzrə polis şöbəsində təhqiqat araşdırması aparılıb. Araşdırmanın nəticəsi barədə vətəndaşa məlumat verilib və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilib.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










