Banner

Dözülməz qoxu, antisanitar vəziyyət: Hər gün eyni mənzərə - FOTOLAR

Yazarlar 5 Dekabr 2024 20:24 Oxunub 266
Dözülməz qoxu, antisanitar vəziyyət:  Hər gün eyni mənzərə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Məktəbin yanındakı zibillik acınacaqlı vəziyyətdədir, üfunət qoxusundan dayanmaq olmur. Gündəlik təmizlik edilsə belə, günün sonunda eyni mənzərə ilə qarşılaşırıq”. 

Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Masazır qəsəbəsinin Yoncalıq massivi adlanan ərazisində yaşayan vətəndaş Əmrah Şükürov müraciət edib. 

Onun sözlərinə görə, artıq 9 aydır burada yaşayır və daim bu vəziyyətin şahidi olur:

“Hər gün bura zibil maşınları gəlir və təmizlik işləri aparırlar. Bunu danmaq olmaz. Lakin qısa müddət sonra gördüyünüz bu vəziyyət yenidən yaranır. Ora ölü heyvan cəsədlərindən tutmuş, kimyəvi zəhərli maddələrə qədər-hər şey atırlar. İsti havalarda ərazinin yaxınlığından keçmək insanı iyrəndirir. Ən pisi də odur ki, bura 6 nömrəli məktəbin yanıdır və hər gün yüzlərlə uşaq infeksiya təhlükəsi ilə üz-üzə qalır. Heç olmasa, gündə iki dəfə təmizlənsə, daha yaxşı olar. Zibil qutuları arasındakı məsafə də çox böyükdür”.

Şikayətçi vəziyyətin bu yerə çatmasında sakinlərin rolunu da istisna etməyib: 

“Çünki çox zaman burada zibillər qutuların içinə yox, kənara atılır. Yaxınlıqda olan qəssab da kəsilən heyvanların hissələrini bura atır. Nəticədə dözülməz qoxu yaranır. Aydın məsələdir ki, bu qədər heyvan cəsədi, kəsilmiş mal-qoyun başı sahibsiz itlərin əraziyə gəlməsinə səbəb olur. Gün ərzində burada ən azı 20-30 it olur”. 

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, Abşeron rayonunun Masazır kəndində məişət tullantıları hər gün ərazidən uzaqlaşdırılır: 

“Bəzi yerlər gün ərzində bir, bəziləri iki dəfə, bəzilərində isə ehtiyaca uyğun olaraq 3 dəfə bu işlər icra olunur. Adıçəkilən yerdə isə vətəndaşın da qeyd etdiyi kimi hər gün fasiləsiz məişət tullantılarının ərazidən uzaqlaşdırılması həyata keçirilir. Məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin bir-birindən məsafəcə uzaq olması və saylarının az olması ilə bağlı artıq Masazır bələdiyyəsi tərəfindən yeniləri alınıb gətirilməsi istiqamətində sifarişlər verilib. Yaxın günlərdə yeni konteynerlər ehtiyac duyulan ərazilərə qoyulacaq. Bəzən vətəndaşlar məişət tullantıları üçün nəzərdə tutulmayan yerlərə məişət tullantıları atırlar. Bu da ətrafın çirklənməsinə səbəb olur”.


ŞƏRH YAZ
Ad

E-mail

Şərh