Ekspert Bakı-Sumqayıt yolunda tıxacın səbəblərini - AÇIQLADI

Bir neçə il əvvəl Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər görülsə də, görülən işlər nəticə vermədi. Yolun hərəkət istiqamətinin xeyli genişləndiriıməsinş baxmayaraq, bu yolda tıxaclar tıxaclar yenə də qalmaqdadır. Pik saatlarda isə yolda vəziyyət daha acınacaqlı olur.
Nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda tıxacların yaranmasına səbəb həmin yolda infrastrukturun düzgün qurulmamasıdır.
O bildirib ki, yolda əsas tıxac Xırdalan dairəsindəki vəziyyətlə əlaqədardır: "Həmin ərazidə ciddi yol infrastrukturu qurulmalıdır. Biz dəfələrlə təkliflər vermişik ki, o yolda tıxacları aradan qaldırmaq üçün tədbir görülməlidir. Amma bunlar Xırdalan dairəsindəki tuneli genişləndirməklə işi bitmiş hesab etdilər. Əslində həmin dairədə yeni yol qovşağı yaradılmalı, körpü inşa olunmalıdır. Bu təcrübə bizdə var və nəticəsini də görmüşük. "Koroğlu" metrostansiyasının yaxınlığında yol qovşağı inşa edilib. Həmin qovşağın kiçik modeli də Xırdalan dairəsində inşa edilməlidir.
Əslində, o yolda tıxacı yaradan səbəblərdən bir də Xırdalan dairəsində dönən avtomobillərlə bağlıdır. Yolu genişləndirənlər bunu nəzərə almamışdılar. Bu da özünü göstərməli idi və göstərdi. Çünki ərazidə infrastruktura cavabdeh qurumlar işi peşəkar səviyyədə görmədilər".
E. Muradlı deyir ki, bu gün eyni problem yolboyu "Şamaxı yolu"adlanan ərazi və "20yanvar" dairəsində də qalıb: "Hər iki yerdə standart model olan körpü və tuneldən istifadə etdilər. Hər iki ərazidə inşa edilən körpü və tunelin giriş-çıxış nöqtələri fərqli ola bilərdi. Bu gün "Gənclik"metrostansiyası yaxınlığındakı yeraltı tuneldə bu tətbiq edilib. Tunelə bir istiqamətdən daxil olan avtomobillər bir-neçə istiqamətdən çıxa bilirlər.
Eyni zamanda "20 yanvar" metrostansiyası yaxınlığındakı körpü və tuneldən fərqli istiqamət trayektoriyaları üzrə giriş çıxış verilə bilərdi. Yol infrastrukturuna cavabdeh qurumlar bunu etmədi, keçmiş nəqliyyat naziri nə yaratmışdısa, o da qaldı. Əgər həmin layihə icra olunsaydı, bu gün "20 yanvar" və Bakı-Sumqayıt yolundakı tıxacın daha da qəlizləşdirir".
(tns)
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










