Banner

“Eyni qaydanı dəfələrlə pozan sürücülər tibbi müayinəyə göndərilməlidir” - QƏRAR

Yazarlar 4 Oktyabr 2024 15:18 Oxunub 442
“Eyni qaydanı dəfələrlə pozan sürücülər tibbi müayinəyə göndərilməlidir” - QƏRAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Kollegiyası Azərbaycan Respublikası vətəndaşları tərəfindən nəqliyyat vasitələrinin idarə olunmasını qeyri-mümkün edən tibbi göstəricilərin siyahısını təsdiqləyib. Qəbul edilən qərara əsasən nəqliyyat vasitələrinin idarə edilməsinə dair tibbi əks-göstərişlər müəyyənləşdirilib. Siyahıya psixi və davranış pozuntuları (ağır, davamlı və ya tez-tez kəskinləşən xəstəlik əlamətləri ilə müşayiət olunan xroniki psixi pozuntular olduqda), növündən aslı olmayaraq demensiya, dərəcəsindən aslı olmayaraq əqli gerilik, alkoqol və digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom;, psixoloji inkişafın ümumi pozuntuları (autizm) aiddir. Həmçinin, nəqliyyat vasitələrinin idarə edilməsinə müəyyən müddətdən sonra təkrar müayinə tələb edən tibbi əks-göstərişlər də müəyyən edilib. 

Qərarı açıqlamasında dəyərləndirən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, inkişaf etmiş ölkələrdə belə təcrübə var:

“Hətta mən sizə deyim ki, eyni qaydanı dəfələrlə pozan sürücülər tibbi müayinəyə göndərilir. Bunun məqsədi sürücünün hansı səbəblərdən eyni qaydanı dəfələrlə pozduğunu öyrənməkdir. Məsələn, sürücü işıqforun qırmızı işığında avtomobili sürüb gedir. 

Bu təcrübənin Azərbaycanda tətbiq edilməsini müsbət qarşılayıram. Çünki buna bənzər müddəalar bizim 2018-ci ildə tərtib etdiyimiz 2019-2023-cü illəri əhatə edən Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramında var. Bu proqramla yolda qəzaların qarşısının alınması məqsədilə hər bir qurum qarşısında öhdəlik qoyulub. 

Əlilliyi olan şəxslərin avtomobillərinin ön və arxa şüşələrinə xüsusi stikerlər yapışdırılmalıdır. Amma nədənsə bunu görmürük, həmin şəxslər stiker yapışdırmırlar. 

Vətəndaş sürücülük vəsiqəsi alarkən tam sağlam olsa da müəyyən müddətdən sonra səhhətində problemlər yarana bilər. Bu halda artıq nəqliyyat vasitəsini idarə etməməlidir. Nazirliyin qərarı da bu problemlərin həllinə yönəlib”.

(demokrat.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh