"Fərdi satış ilə Çin avtomobili almaq çox risklidir" - AÇIQLAMA

"Çin avtomobil industriyası həddən artıq inkişaf edib. İnkişaf göz önündədir. Çin avtomobilləri nəinki Azərbaycanda bütün dünyada məşhurlaşır. Azərbaycanda 20-dən çox Çin avtomobilinin rəsmi distribütörü var. Onlar bacardıqları qədər servis xidmətinin, satış sonrası xidmət departamentinin işinin keyfiyyətli olmasına çalışırlar".
Avtosfer.az xəbər verir ki, bu sözləri “Demokrat.az”a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev deyib.
"Təəssüf ki, "X" bir markanın Çinin daxili bazarı və Avropa üçün nəzərdə tutulanı var. Bu məsələdə fərqlər olur. Vətəndaşlarımız və bəzi iş adamları Çinin daxili bazarı üçün olan avtomobilləri alıb ölkəmizə gətirirlər. Çünki onların alış qiyməti daha ucuz başa gəlir. Bu, olduqca təhlükəlidir. Qiymətlər arasında 4-5 hətta, 10.000 manata yaxın fərq olur, amma avtomobil riskli məhsuldur. Avtomobil satılan zaman rəsmi servis ona zəmanət verir, hansısa texniki qüsur olduqda servis öz hesabına bunu həll edir. Məsələn, dünyada hansısa bazardan avtomobil zavod tərəfindən geri çağrıldığı zaman avtomobillər yığılır və sahibi yeni avtomobillə təmin olunur".
O bildirib ki, ölkəmizdə isə hansısa avtomobil markasında problem olsa, avtomobilləri kimin geri çağıracağı sual altında qalır:
"Satış məqsədi ilə Çindən avtomobil gətirən şəxsi geri çağırma üçün heç zavod özü tapa bilməyəcək. Bu cür ciddi problemlər var. Çindən fərdi olaraq zəmanətsiz gətirilən avtomobillər ölkəmiz üçün riskli sayılır. Rəsmi diller tərəfindən satılan avtomobillərdə hər hansı problem aşkarlandığı zaman məsələ həll oluna bilir. Çin avtomobil industriyası dünyada liderliyə doğru gedir. Çinə zəif kimi baxmayaq, qeyri-rəsmi avtomobil almaqdan çəkinək".
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











