Gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoydular - FOTO

“Əgər 70 yaşlı anama və bir ayağı olmayan, birinci qrup əlil qardaşıma nəsə olsa, buna görə keçmiş deputat, “Karat Holding”in rəhbəri Əsabil Qasımovla yanaşı, dövlət orqanları da birbaşa məsuliyyət daşıyır”.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalist Aytən Məmmədova sosial şəbəkə hesabında etdiyi paylaşımında bildirib.
“Vialon” tikinti şirkətindən şikayətçi olan jurnalist bildirir ki, Nəsimi rayonu Əlibəy Hüseynzadə 73 ünvanında yaşayan anası və birinci qrup əlil qardaşının yaşadığı evin divarına bitişik beşmərtəbəli binada söküntü işləri aparılıb. Nəticədə binadan qopan hissələr onların evinin damına tökülüb:
“Yanvarın 30-na keçən gecə saat 2-də texnikanı qaldırıb binanın başına qoyanda anam etiraz elədi, əhəmiyyət vermədilər. Düşündük ki, insandılar, sağı-solu bitişik yaşayış evləri olan binanı sökməyin təhlükəli olduğunu qanarlar, amma yox. Anamgil yatdığı yerdə gurultu qopup. Yuxarıdan bunlar sökməyə başlayanda damın üstünə tökülüb. Həmin vaxt bir ayağı olmayan adamın durumunu təsəvvür edin…O gecə özləri də gördülər ki, təhlükəli işlə məşğuldurlar, dayandırdılar. Yenə də texnika damın üstündədir, asta-asta öz işlərindədirlər. 70 yaşlı adam binanın başlarına uçacağından qorxaraq yaşayır”.
A.Məmmədova qeyd edib ki, “Vialon” şirkətinə ərazidə söküntünün qadağan olunması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı var:
“Bildiyimə görə, bu şirkətlə bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq gedirdi. Buna baxmayaraq, istədiyini edir. Anamın cəmi 50-55 kvadratmetrlik evi var. O, 70 illik ömrünün 50 ilini burada yaşayıb. Deyir ki, öz evimin ölçüsünə uyğun mənə ev ver, vəssalam. Anama lap bulvarda da ev versələr istəmir, bu adam məhz öz yaşadığı əraziyə öyrənib”.
“Qasımovlar cəmi bir küçə aşağıda “Malibu” adlı şirkət vasitəsilə tikdiyi evlərin kvadratmetrini 3500 manatdan satır, amma qonşumuzdan bir kvadratmetri 2100 manatdan alıb. Deyilənə görə, anamgilin evlərinin yerində məktəb olacaq”, - şikayətçi vurğulayıb.
.jpg)
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:
“Bakı şəhərinin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Əlibəy Hüseynzadə, Balababa Məcidov və Ağadadaş Qurbanov küçələrinin kəsişməsində aparılan söküntü işlərinin müvafiq icazəverici sənədləri olmadığından, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən söküntü işlərinin dayandırılması barədə Qərar çıxarılıb.
Əraziyə nəzarətin təmin edilməsi üçün Qərarın surəti qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə yerli icra hakimiyyəti və hüquq muhafizə orqanına göndərilib”.
Şikayətlə bağlı “Vialon” tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.

"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










