Banner

“Gizlənən” yol nişanları; iki nazirliyin “düyünə” saldığı problem

Yazarlar 14 Noyabr 2014 12:09 Oxunub 1940
“Gizlənən” yol nişanları; iki nazirliyin “düyünə” saldığı problem
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Yol nişanları ilə bağlı problemlər qəzalara səbəb ola bilər»

Yol nişanları bəzən yolun hərəkət hissəsinin üstündə yox, gözəgörünməyən yerlərdə sanki qəsdən gizlədilir. Bu isə yol hərəkəti qaydalarının pozulmasına, yol-nəqliyyat hadisələrinin baş verməsinə, insan tələfatlarına gətirib çıxarır. Aznews.az məsələni araşdırmağa çalışıb.

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyir ki, yol nişanları yol hərəkəti iştirakçıları arasındakı anlaşılmazlığı, konfliktləri aradan qaldırmaq üçün olsa da, bəzən bu nişanlar görünməz yerlərdə quraşdırılır. Onun sözlərinə görə, yol nişanları həmişə qanuna uyğun, ideal şəkildə olmalı və yolun hərəkət istiqamətində yerləşdirilməlidir: 

“Yol nişanları ilə bağlı problemlər qəzalara səbəb ola bilər. Yol polisinin hər bir əməkdaşı xidmət sahəsində gördüyü problemləri qeydə almalı, axşam həmin problemləri subardinasiya qaydasında rəhbərliyə ötürməlidir. Daha sonra bu tipli nişanların yığışdırılması ilə bağlı işlər görülməlidir. Bundan başqa şəhərin yaşıllaşdırma idarəsi var ki, onlara müraciət olunur və idarənin əməkdaşları yol nişanının qarşısını kəsən ağacın budaqlarını budayırlar. Beləcə problem həllini tapır”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yol kənarlardakı nişanların bəzən ağacların yarpaqları arasında itdiyini təsdiqlədi. O, 105 belə nöqtədə araşdırma aparıldığını və nöqsanların aşkar olunduğunu söylədi. 

V.Əsədov bu nöqsanların aradan qaldırılması üçün ağac budaqlarının kəsilməsi ilə əlaqədar aidiyyatı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departamentinə yazılı olaraq ünvanlar göstərilərək informasiya verilib:

“Doğurdan da bəzən ağac budaqları işıqforların, yol nişanlarının üstünü örtür, onun görünməsini məhdudlaşdırır. Dediyim kimi 105 belə nöqtədə ağacların yol nişanlarının üzərini örtdüyü aşkarlanıb. Hərəkətin təşkili şöbəsinin əməkdaşları və ya dislokasiya üzrə gündəlik xidmət aparan polis əməkdaşları ərazidə çatışmazlıqla bağlı raport verirlər. Həmin raport ümumiləşdirilir, aidiyyəti üzrə məsələ qaldırılır və məlumat verilir. Çox güman ki, qısa müddətdə nöqsanlar aradan qaldırıla bilər”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh